Etalon tapşırıqlar (Anchor items) – İki (yaxud daha çox) test variantının sistematik şəkildə
əlaqələndirilməsi üçün istifadə edilən və oxşar xüsusiyyətlərə malik tapşırıqlar. Hər iki testdəki
etalon sualların cavablarının təhlili və statistik metodlar vasitəsilə verilən qiymətlər bütün variantlar
üzrə uzlaşdırılır.
Etibarlılıq (Reliability) - Qiymətləndirmə nəticələrinin asılı olduğu bilik və bacarıq səviyyəsinin
dəqiq müəyyən edilməsi. Etibarsız sayılan qiymətləndirmə həqiqi hesab edilə bilməz. Etnik mənsubiyyət (Ethnicity) – Milli xüsusiyyətlərin əsası; ictimai münasibətlər sistemində
milli azlığın irqi, dini, mədəni və s. baxımdan səciyyəvi əlamətləri.
Ev tapşırığı (Homework) – Fənn üzrə müəyyən edilmiş məsələlərlə əlaqədar müəllim tərəfindən
şagirdlərə (tələbələrə) verilən və sinifdən kənarda yerinə yetirilməsi nəzərdə tutulan tələb. Ev
tapşırıqları şagirdin (tələbənin) oxu, yazı, danışıq, yadda saxlama, problemi həll etmə və s.
vərdişlərinin inkişafına, təcrübi bacarıqlarının təkmilləşməsinə yönəlir.
Ev
tapşırıqlarının müntəzəm verilməsi və onların yerinə yetirilmə səviyyəsinin
qiymətləndirilməsitəlimin bütün dövrləri üçün xarakterikdir. Evə baş çəkmələr (Home visits) - Məktəb pedaqoji heyətinin şagirdlərin (tələbələrin) evlərinə
baş çəkərək onları öz ev mühitlərində öyrənməsi.
Evdə təlim (Home schooling) – Təhsil müəssisələrində həyata keçirilən tədrisdən fərqli olaraq,
təlimin xüsusi qayğiya ehtiyaci olan şagirdlərə (tələbələrə) ev şəraitində verilməsi.
Ə Ədalət prinsipi (Equity) - Düzgün, ədalətli, azad təhsil siyasəti və təcrübəsi.
Ədalətsiz imtahan təcrübəsi (Malpractice) - İmtahan norma və qaydalarına zidd olaraq imtahan
edilənə ədalətsiz şəkildə üstünlük verilməsi, yaxud əksinə, imtahan edilənin məqsədli şəkildə çətin
vəziyyətə salınması ilə müşahidə olunan qanun pozuntusu.