- 16 -
Əks-mərkəzləşmə (Decentralization) - İnkişafın bütün istiqamətlərinə təsir gücünə malik olan,
genişmiqyaslı siyasi, iqtisadi, inzibati və s. dəyişiklikləri əhatə edən siyasət. Məktəbin fəaliyyətinə
dair qərarvermə səlahiyyətinin mərkəzləşmiş səviyyədən yerli səviyyəyə keçməsi əks-
mərkəzləşməyə
nümunə ola bilər.
Əks təsir effekti (Backwash Effect) – Qiymətləndirmə mexanizminin tədris prosesinə mənfi,
yaxud müsbət təsiri.
Məsələn, yalnız məhdud sayda faktlara dair biliklərə qiymət verildiyi imtahanların sonda
materialın mexaniki şəkildə əzbərlənməsinə gətirib çıxarması mənfi əks təsir kimi qəbul olunur.
Laboratoriya tapşırıqları üzrə təcrübi bacarıqları qiymətləndirən imtahanın şagirdləri təcrübi
fəaliyyətə və analitik düşüncəyə həvəsləndirməsi isə müsbət əks təsir kimi nəzərdən keçirilə bilər.
Əqli model (Mental model) – Əsas söz nümunələrinin məkani ardıcıllığını təhlil etmək və
mətnin strukturuna uyğunluğunu müəyyənləşdirməklə mətni işləmə sxemi.
Əlaqə / korrelyasiya (Correlation) – Müqayisə edilən anlayışların bir-biri ilə münasibət və
asılılığı.
Əlaqə nisbəti (Contact ratio) - Məktəbin müstəsna hüququndan asılı olaraq, bir və ya iki həftə
ərzində dərs saatlarının orta rəqəm nisbəti. Nisbət həftəlik və ya iki həftəlik dərs cədvəlindəki ümumi
saatların faizi və ya onluq kəsr kimi ifadə olunur.
Əlavə dəyər (Value added) - Öyrənənlərin məktəb tərəfindən əlavə material ilə təmin edilməsi
dərəcəsini bildirmək üçün istifadə edilən termin.
Dostları ilə paylaş: