Fəaliyyət mərkəzləri (Activity centers) - Sinfin müxtəlif tədris materiallarının yerləşdirildiyi
guşəsi.
Fəaliyyət tədqiqatı (Action research) - Tədqiqatçının konkret məsələ ilə bağlı real ictimai
vəziyyəti öyrənərək öz tədqiqatının nəticələrini təkmilləşdirmək məqsədilə apardığı araşdırma.
Təhsildə muəllimin peşəkar təcrübəsinə aid təşkil etdiyi araşdırma növüdür və aşağıdakı mərhələləri
əhatə edir: pedaqoji təcrübəyə aid məsələnin müəyyənləşdirilməsi, planlaşdırma, fəaliyyət,
monitorinq, qiymətləndirmə (refleksiya).
Fəxri ad və ya dərəcə (Honorary degree) – Elmi-pedaqoji təcrübə və fəaliyyəti ilə fərqlənən
şəxslərə, eləcə də dünya elm və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkələrin alim və
ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada verilən akademik fəxri
ad / dərəcə.
Fənn (Subject) - hər hansı bir elm və ya elmlər toplusunun didaktik əsaslandırılmış sistemi.
Məzmunu təlim, tərbiyə, təhsil ilə birbaşa bağlı olan fənn elmə xas olan materialın konkret təqdim
edilməsini göstərir.
Fərd (İndividual) - 1) vahid təbiət varlığı olan insan Homo sapiens növünün nümayəndəsidir.
Fərd anlayışı öz-özlüyündə insanın insan növü ilə əlaqəsini göstərir; 2) insan cəmiyyətinin ayrıca
götürülmüş nümayəndəsi hesab edilir.
Fərdi Tədris Proqramı (FTP) (İndividualized Education Program (IEP)) -Tədris planı və
təlimat strategiyalarının fərdin inkişaf səviyyəsinə, maraq və ehtiyaclarına istiqamətləndirilmiş
öyrənmə üsuluna əsasən tərtibi. Formal təhsil (Formal education) - Yüksək səviyyədə müəssisələşdirilərək, strukturlara
bölünmüş və təhsilin nəticələrinə dair rəsmi sənədin verilməsi ilə başa çatan təhsil.
Formativ qiymətləndirməsi (Formative assesment)- Müəllimin şagirdin (tələbənin) güclü və
zəif cəhətlərini müəyyən etməklə onun şəxsiyyət və xasiyyətinin inkişafı üçün apardığı ən
əhəmiyyətli və yaradıcı qiymətləndirmə forması. Formativ qiymətləndirmə tədirs prosesi zamanı baş verən qiymətləndirmə növüdür. Formativ
qiymətləndirmə müəyyən olunmuş göstəricilər əsasında şagirdlərin bilik və bacarıqlarının
formalaşma səviyyəsini müəyyənləşdirməyə imkan yaradır və tədris prosesinin düzgün
istiqamətləndirilməsinə kömək edir. Formativ qiymətləndirmə zamanı şagirdin daha irəliyə addım
atması üçün müəllimlər tərəfindən ehtiyaclar müəyyənləşdirilir.