- 19 -
Həqiqi qiymət (True Score) - Tam uyğun olan sonsuz sayda testlərin keçirilməsi zamanı verilən
orta qiymət. Bu, təcrübi effektin əldə olunmadığı, yaxud test
prosesində imtahan edilənin
dəyişdirildiyi vaxt tətbiq edilir.
Histoqram (
Histogram) -
Statistik məlumatları
əks etdirən cədvəl. Müxtəlif sıxlıqlı qiymətlərin və
ya qiymət qrupunun göstərilməsi üçün şaquli sütunlardan istifadə etməklə bölgü sıxlığının
qrafiki
təsviri.
X
Xüsusi qayğıya ehtiyaci olan uşaq (Child with disabilities) – Fiziki, yaxud əqli geriliyi olan
uşaq (bax:
Uyğunlaşdırma və ya
Tətbiq edilmə).
Xüsusi qayğıya ehtiyacı olan şagird (Student with disabilities) - Fiziki,
yaxud əqli geriliyi
olan və tədris prosesində xüsusi yanaşma tələb edən şagird.
Xüsusi təhsil (Special education) - İntellektual, fiziki, sosial, yaxud emosional inkişafına görə
digər həmyaşıdlarından fərqlənən şagirdlər üçün xüsusi məktəb təlimi.
İ
İbtidai məktəb (Primary school) - 5-7 yaşından 8-10 yaşına qədər olan şagirdlər üçün nəzərdə
tutulmuş təhsil müəssisəsi. Təhsil sistemləri arasındakı müxtəlif cəhətlərdən asılı olaraq ayrı-ayrı
ölkələrdə ibtidai məktəblər fərqli ola bilər. İbtidai məktəb, əsasən, 6-8 sinifdən ibarət olur. Aşağı
ibtidai siniflərdə
təlim sinif müəllimləri, yuxarı ibtidai siniflərdə isə
fənn müəllimləri tərəfindən
həyata keçirilir.
Dostları ilə paylaş: