İxtisaslaşmış məktəb (Magnet school) – Konkret təmayüllər üzrə xüsusi tədris planı təklif edən
və müasir maddi-texniki bazası olan ibtidai, yaxud orta məktəb.
İkidilli təhsil (Bilingual education) - Ana dilində danışmayan şagirdlərə (tələbələrə) təlim
prosesində eyni vaxtda həm ana dili, həm də xarici dil öyrədilməsini nəzərdə tutan təhsil proqramı.
İlkin qiymət (Raw Score) – Düzgün cavablandırılan test tapşırıqlarının, yaxud toplanılan
balların sayına görə imtahan edilənşəxsə verilən ilkin qiymət. Digər göstəricilər də nəzərə alınmaqla,
ilkin qiymətdə düzəlişlər edilə bilər.
İlkin test (Pre-test) - Real imtahanda veriləcək tapşırıqların səmərəliliyi və çətinlik dərəcəsini müəyyənləşdirmək üçün həmin tapşırıqların pilot qrupda sınaqdan keçirilməsi.
İmtahan (Examination) – Təhsil müəssisəsi tərəfindən təyin edilmiş vaxtda keçirilən yazılı və
ya şifahi qiymətləndirmə.
İmtahan Mərkəzi (Examination Centre) - İmtahanların keçirilməsi üçün rəsmi qaydada
seçilmiş və adətən, təhsil müəssisələrinin binasında yerləşən məkan.
İmtahan riski (Stake (of an examination) – İmtahan nəticələrindən asılı olaraq imtahan
edilənin qazandığı, yaxud itirdiyi imkanlar. Uğurlu nəticələri iştirakçılara böyük imkanlar qazandıran
imtahanlar adətən güclü rəqabətlə müşayiət olunur və iştirakçılardan böyük səy tələb edir.
İmtahan edilənin yazılı işi (Script) – İmtahan edilənin doldurduğu cavab kartı (vərəqəsi).
İndikator / göstərici (Indicator) -Təhsil indikatoru olaraq, statistik göstərici məktəb və ya
şagird fəaliyyətinin nəticələrini özündə əks etdirir və müvafiq standart normalarına cavab verir.
Əsas təhsil göstəricilərinə şagirdlərin öyrənmə səviyyəsi, ikinci dərəcəli təhsil göstəricilərinə isə
dərsə davamiyyət, məzunların sayı, dərsdən yayınma səviyyəsi və s. kimi məsələlər daxildir.