- 21 -
Bu təhsil xususi qayğıya ehtiyacı olan uşaqların nəinki sağlam həmyaşıdları ilə birlikdə təhsil
almasına, həm də onların ümumi inkişafına, öz fiziki imkanlarına inamına, psixoloji maneələrin
öhdəsindən gəlmələrinə yardım göstərir.
İnklüziv təhsil aşağıdakı 8 prinsipə əsaslanır:
1) İnsanın dəyəri onun bacarıqları və nailiyyətləri ilə ölçülmür;
2) Hər bir insan hiss etmək və düşünmək qabiliyyətinə malikdir;
3) Hər bir insan ünsiyyət hüququna malikdir;
4) Bütün insanların bir-birinə ehtiyacı vardır;
5) Əsl təhsil yalnız real qarşılıqlı munasibətlər zəminində həyata keçirilə bilər;
6) Bütün insanlar öz həmyaşıdlarının köməyi və dostluğuna ehtiyac duyurlar;
7) Bütün təhsilalanların nailiyyətlərinin artması onların nə edə bilmədikləri ilə deyil, əksinə,
nə etməyi bacardıqları ilə ölçülür.
8) Müxtəliflik və rəngarənglik insanın bütün cəhətlərini inkişaf etdirir.
Dostları ilə paylaş: