İz qoymadan açılması mümkün olmayan paket (Tamper-evident Packaging) - İmtahan
materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş plastik zərflər. Bu zərfləri iz buraxmadan
yenidən bağlamaq mümkün deyil.
J Jurnalistika modeli (Journalism model) – İnformasiyaların əhəmiyyətlilik dərəcəsinə görə bir-
birini izləməsinə əsaslanan yazılı model. Bu model üstün informasiya seçiminin öyrədilməsi
təlimində faydalıdır. Jurnalistika modeli bəzi mənbələrdə Çevrilmiş Piramida da adlanır.
K Kampus (Campus) - müvafiq maddi-texniki baza və infrastruktura malik tələbə şəhərciyi
şəklində təhsil kompleksi.
Karusel metodu ( Carousel Method) -
Bu
üsula Fırlanğıc (Karusel) Metodu adının verilməsi,
bir neçə şagird və ya tələbədən ibarət işçi qrupların müəyyən bir məsələnin həlli üzərində növbə ilə
işləyərək öz rəylərini ifadə etməsi ilə izah edilir. Məqsəd - müzakirələrdə bütün şagirdlərin fəal
iştirakını təmin etməklə daha çox nəticələr əldə etməkdir. Kənarlaşma (Deviation) - Qiymətləndirmə üçün müəyyən edilmiş meyardan fərqlənən göstərici.
Kəşf metodu (Discovery method) – Şagirdlərin yaddaşını elmi biliklərlə zənginləşdirmək və
onların təfəkkürünü inkişaf etdirmək məqsədilə, daha çox bilik, bacarıq və vərdişlər
mənimsənilməsinə, şəxsi keyfiyyət və qabiliyyətlər qazanılmasına yönəlmiş metod.
Kəşf metodunun tətbiqi zamanı şagird – “kəşf edən”, “tədqiqatçı” mövqeyində; müəllim isə
“vasitəçi”, “bələdçi”, “aparıcı” mövqeyindədir.
Şagirdlər təlim prosesinin tamhüquqlu iştirakçısı kimi problemli məsələləri fəal tədqiqat və
kəşflər yolu ilə müstəqil həll edir, hadisələrin səbəb-nəticə əlaqə və qanunauyğunluqlarını
araşdıraraq, nəticə çıxarmağı, dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
Müəllim isə metodiki kömək göstərərək tədqiqat üçün şərait yaradır və onu planlı şəkildə
istiqamətləndirir.