Orijinal adı: «Education Glossary»


Kurikuluma əsaslanan meyar (Curriculum-based measurement (CBM) –



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə36/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   32   33   34   35   36   37   38   39   ...   92
KİTAB Təhsil lüğəti

 
Kurikuluma əsaslanan meyar (Curriculum-based measurement (CBM) – Şagird 
nailiyyətlərini qiymətləndirmək üçün onun sinif kurikulumunu anlama səviyyəsinin meyar olaraq 
müəyyənləşdirilməsi. 
 
Kurikulum idarəetməsi (Curriculum management) – Kurikulumun təşkili və inkişafı 
prosesinin həyata keçirilməsi. 
 
Kurikulum inkişafı (Curriculum development) - Təhsil məqsədlərinin qısa və dürüst ifadəsi, 
tədris 
ehtiyaclarının 
təmin 
edilməsi, 
təlimatlandırma 
imkanlarının inkişaf etdirilərək 
qiymətləndirilməsi. 
 
Kurikulum qiymətləndirilməsi (Curriculum evaluation) - Təlim kurslarının keyfiyyəti ilə 
bağlı rəyin formalaşması məqsədilə faktların toplanması və təhlili.
 
Kurikulum nəzarəti (Curriculum control) - Kurikulumla bağlı qərarların məktəb daxilində 
qəbulu, yaxud xarici maraqların təsiri ilə təlimin valideyn, yerli icma və ya bütövlükdə cəmiyyət 
tərəfindən məhdudlaşdırılması. 
 
Kurikulum nəzəriyyəsi (Curriculum theory) - Məktəb proqramı elementləri arasındakı 
qarşılıqlı əlaqələrin göstərilməsi, bu proqramın istifadə, inkişaf və qiymətləndirilməsini istiqa-
mətləndirən müddəaların vəhdəti. 
Tayler (1949) kurikulum nəzəriyyəsi aşağıdakı məntiqi əsaslar üzərində qurulmuşdur: 
- Məktəb təhsilinin məqsədləri; 
- Bu məqsədlərə nail olmaq üçün öyrənmə təcrübələrinin seçilməsi; 
- Effektiv təlimatlar üçün öyrənmə təcrübələrinin təşkil olunması; 
- Öyrənmə təcrübələrinin effektivliyinin qiymətləndirilməsi.
 
Kurikulum planlaşdırma modeli (Curriculum planning model) - Qərar qəbul etmənin bir 
neçə növünü və səviyyəsini tələb edən mürəkkəb ictimai proses. Bu prosesi müzakirə etmək və 
uyğunlaşdırmaq ehtiyacı onun əsas aspektlərini təqdim etmək üçün müvafiq modellərin istifadəsini 
tələb edir. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin