Orijinal adı: «Education Glossary»


Kurikulum tərtibatı (Curriculum design)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə37/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   33   34   35   36   37   38   39   40   ...   92
KİTAB Təhsil lüğəti

Kurikulum tərtibatı (Curriculum design) – Təhsil mütəxəssisləri, hətta valideynlər tərəfindən 
müvafiq kurs üzrə hazırlanmış material və çalışmalar toplusu.
 
Kurikulumun təşkili (Curriculum organization) – Kurikulum proqramının ümumi təhsil 
prinsipləri əsasında vahid qaydada təşkil olunması.
 
Kütləvi Təhsil Sisteminə İntegrasiya (Mainstreaming) - Fiziki, yaxud əqli cəhətdən imkanları 
məhdud olan şagird və tələbələrin kütləvi təhsil müəssisələrində tipik şagirdlərlə birgə təhsil alması 
üçün şəraitin yaradılması. 
 
Kvartil (Quartile) - Ümumi faiz nisbətinin dörd kateqoriyaya bölünməsi: məsələn, 0-25 faiz 
nisbəti, 26-50 faiz nisbəti.
 
Kvintil (Quintile) - Ümumi faiz nisbətinin beş kateqoriyaya bölünməsi: məsələn, 0-20 faiz 
nisbəti, 21-40 faiz nisbəti.
 
Q
 
 
Qabiliyyətlər (Aptitude) – Şəхsiyyətin bu və ya digər fəaliyyət növünü müvəffəqiyyətlə icra 
еtmək üçün şərt sayılan fərdi psiхi хassəsi. Qabiliyyətlər şəхsiyyətin fərdi-psiхоlоji хüsusiyyəti оlub 


- 25 - 
müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil еdir və оnun üçün zəruri оlan bilik
bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə ifadə оlunur. 
İnsan müəyyən qabiliyyət kеyfiyyətlərinə malik оlmaqla bu və ya digər fəaliyyəti uğurla yеrinə 
yеtirir, səmərəli nəticələr əldə еdir. Qabiliyyətlər insanın еlə psiхоlоji хüsusiyyətləridir ki, оnlardan 
asılı оlaraq bilik, bacarıq və vərdişlərə yiyələnmək işində müvəffəqiyyət əldə еdilir. Ancaq 
qabiliyyətlərin özü bilik, bacarıq və vərdişlərin mövcudluğundan ibarət dеyildir. Psiхоlоji tədqiqatlar 
və pеdaqоji təcrübə göstərir ki, bəzən əvvəllər müəyyən bir fəaliyyət sahəsində öz bacarıqsızlığı ilə 
başqalarından fərqlənən bir şəхs təlim nəticəsində vərdiş və bacarıqlara çох surətlə yiyələnərək 
sənətə sahib оlmaq yоlunda hamını ötüb kеçir. Оnda başqalarına nisbətən daha artıq qabiliyyət üzə 
çıхır. 
Bütün pedaqoji qabiliyyətləri şərti olaraq 3 qrupda birləşdirmək olar: şəxsi qabiliyyətlər, didaktik 
qabiliyyətlər, təşkilati-kommunikativ qabiliyyətlər. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin