Orijinal adı: «Education Glossary»


Məktəb islahatı (School reform)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə47/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   43   44   45   46   47   48   49   50   ...   92
KİTAB Təhsil lüğəti

Məktəb islahatı (School reform) - Məktəblərin təkmilləşdirilməsinə yönəlmiş bir sıra cəhdləri 
əhatə edən ümumi termin. İslahat cəhdləri məktəbin necə idarə olunmasından başlayaraq siniflərdə 
hansı tədris planının öyrədilməsi məsələsinə qədər tədrisin bütün aspektləri üzərində cəmlənmişdir. 
 
Məktəb muxtariyyəti (School autonomy) - Məktəb, onun idarəetmə strukturu, rəhbərlik və 
müəllim heyətinin təhsil fəaliyyəti və imkanların idarəedilməsi haqqında qərar qəbul edə bilmə 
dərəcəsi. Bu qərarlar tədris planı, kapital qoyuluşu üstünlüyü, təsdiqetmə, heyətin təyinatı və 
fəaliyyətin digər bütün aspektləri üzrə qəbul edilə bilər. 
Məktəbdə psixoloq xidməti (School psychological service) - Şagirdlərin psixoloji tərbiyəsinə 
yardım üçün məktəbdə mütəxəssislərin iştirakı ilə yaradılmış xidmət. Bu xidmət çərçivəsində 
şagirdlərin tələbat və ehtiyaclarının təhlili, kurrikulum daxilində fərdi proqramlar üçün məsləhətlərin 
verilməsi, məktəb və valideynlərə yardımın təşkili və s. vəzifələr də yerinə yetirilir.
Məktəb səviyyəli qiymətləndirmə (School-based Assessment, (SBA)) - Şagirdlərin 
nəticələrinin məktəb tərəfindən qiymətləndirilməsi. Məktəb səviyyəsində qiymətləndirmə imtahan 
paketinin tərkib hissəsi kimi nəzərə alına, alınan qiymətlər açıq imtahanın nəticələrinə daxil edilə 
bilər.
 
Məktəb təlimində deseqreqasiya (Desegregation in schooling) - Şagirdlərin inteqrasiyası 
vasitəsilə irqi, milli, dini, cinsi təcrid hallarının aradan qaldırılması prosesi.
 
Məktəb yaşlı əhali (School-age population) - İcbari təhsil üçün qanunla müəyyən edilmiş yaş 
həddində olan əhali qrupu. 
Məktəbdən yayınan uşaqlar (Out of school children) - Məktəb yaşında olan, lakin icbari təhsil 
üçün qeydiyyatdan keçməyən uşaqlar.
 
Məktəbəqədər təhsil (Pre-school education) – Məktəb yaşına çatmamış uşaqların 
məktəbəqədər tərbiyəsi məqsədini əsas tutan təhsil. Məktəbəqədər tərbiyə müəssisələrinə daxildir: 
körpə evləri, körpə evləri-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar, bağça-internatlar, 
uşaq evləri, ahıl evləri yanında uşaq evləri-internatlar, əqli və fiziki cəhətdən geriliyi olan uşaqlar 
üçün məktəbəqədər tərbiyə müəssisələri və s. Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və 
psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda 
mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların 
formalaşmasında mühüm rol oynayır. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına 
çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin