Orijinal adı: «Education Glossary»


Akademik çıxarış (Academic transcript)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   2   3   4   5   6   7   8   9   ...   92
KİTAB Təhsil lüğəti

Akademik çıxarış (Academic transcript) – Tədris prosesi müddətində şagirdin (tələbənin)
 
tədris planı çərçivəsində aldığı qiymətlərin məcmusundan ibarət təsdiq edilmiş
rəsmi sənəd. 
 
Akademiya (Academy) - müxtəlif sahə və istiqamətlər üzrə ali və əlavə təhsil proqramlarının 
həyata keçirildiyi ali təhsil ocağı və ya fundamental və tətbiqi elmi tədqiqatların aparıldığı elmi 
müəssisə. 


- 6 - 
 
AKT (CAT) - Adaptiv kompüter testi / təlimi. (bax. Adaptiv test
 
Akkreditasiya (Accreditation) – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına 
uyğunluğunun və onun statusunun müəyyənləşdirilərək təsdiqlənməsi proseduru.
 
Ali təhsil (Higher Education) - Ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris 
müəssisələri (ali kollec, institut, konservatoriya, akademiya, universitet və s.) tərəfindən verilən 
təhsil. Ali təhsil kursunun məzmununa uyğun olaraq məzunlara ali ixtisas dərəcəsi verilir.
 
Alfa (Kronbax) əmsalı (Coefficient (Cronbach) Alpha) - Test tapşırığının verilməsində 
eynitiplilik (homogen) prinsipinə riayət edilməsi üçün ümumiləşdirilmiş əmsal (bax: Daxili 
Ardıcıllıq). 
 
Alt-test (Sub-test) – Oxşar xüsusiyyətlərə, yaxud funksiyalara görə seçilmiş test. Ayrıca 
qiymətləndirilən hər alt testin nəticələrinə uyğun olaraq imtahan edilənə onun tapşırığı hansı şəkildə 
yerinə yetirməsinə dair qısa məlumat təqdim olunur. 
Alternativ qiymətləndirmə (Alternative assessment) - yazılı və şifahi imtahanlarda ənənəvi 
qiymətləndirmə ilə yanaşı tətbiq edilə bilən alternativ üsul. Şagird (tələbə) qarşısında qeyri-müəyyən 
sualları cavablandırmaq, qeyri-müəyyən problemləri həll etmək, müxtəlif üsullarla təcrübi bacarıq və 
qabiliyyətləri nümayiş etdirmək tələbi qoyula bilər.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin