Müəllim fəaliyyətinin yekun dəyərləndirməsi (Summative teacher evaluation) - Müəllimin
fəaliyyəti haqqında qərar hazırlanması məqsədilə aparılan qiymətləndirmə. Bu qiymətləndirmə
metodist, yaxud mentor tərəfindən deyil, müdiriyyət tərəfindən aparılır. Müəllim qiymətləndirilməsi (Teacher evaluation) – Müəllimin fəaliyyətinin məktəbin
missiyası da nəzərə alınmaqla müəyyən edilmiş funksiya və vəzifələr üzrə qiymətləndirilməsi.
Müəllim sertifikatlaşması (Teacher certification) - Müəllimin təlim sənətinə yiyələnmiş
olmasının dövlət tərəfindən təsdiqlənməsi prosesi. Müəllim-tələbə nisbəti (Teacher-student ratio) -Dərs ilində konkret təhsil səviyyəsi üzrə
qeydə alınanların sayının, eyni dərs ilində müvafiq səviyyə üzrə tədris aparacaq müəllimlərin sayına
nisbəti.
Mühit uyğunlaşdırması (Environment accommodation) - Sinif otağındakı mühitin, parta və
oturacaqların düzülüşünün və s. tədrisin məqsədinə uyğunlaşdırılması.
Mühazirə (Lecture) –hər hansı bir tədris materialı, sual və elmi-siyasi mövzunun sistematik
şifahi olaraq təqdimatı. Mühazirəçi/Lektor (Lecturer) - Ali təhsil müəssisələrində mühazirə deyən mütəxəssis müəllim.
Müxbir professor (dosent) (Associate professor) – Ali təhsil müəssisəsində təlim və tədqiqat
işlərinə cavabdeh olan müəllim.
Müxtəliflik (Diversity) – Təlim metodlarının müxtəlifliyi, eləcə də şagirdlər (tələbələr)
arasındakıfərqlər. Bu fərqlər fiziki-psixi imkanlara, qavrama qabiliyyətinə və ən müxtəlif cəhətlərə
aid ola bilir.
Münasiblik (Relevance) - Konkret test tapşırıqlarının analoji tapşırıqların yerinə yetirilməsi
zamanı nə dərəcədə real ölçü meyarı ola bilməsi.
Münasibət (Attitude) – Bütün hadisələrin qarşılıqlı əlaqə anı. Münasibətlər mühüm və qeyri-
mühüm, zəruri və təsadüfi və s. ola bilər. Öyrənmə prosesinə təsir etdiyinə görə təhsildə münasibət
vacib məsələlərdən hesab olunur.