- 33 -
Müsahibə (Interview) - əsasən, iki tərəf - müsahibə alan və müsahibə verən arasında gedən
söhbətdir. Təlimdə öyrənənin sualları müsahibə şəklində cavablandırması üsulu. Müsahibənin
məqsədi yeni biliklərin əldə edilməsi və keçilən materialın təkrarlanmasıdır.
Müstəqil məktəb (Independent school) – Xaricdə yayılmış bu tip məktəblər birbaşa və ya hər
hansı təşkilatın rəhbərliyi olmadan təsdiqlənmiş proqram əsasında fəaliyyət göstərən təhsil
müəssisəsi. Müstəqil məktəblər dövlət, özəl qurumlar, yerli özünüidarəetmə orqanları, qeyri-hökümət
təşkilatları, icmalar tərəfindən maliyyələşdirilə bilər.
Müstəqil namizəd (Private Candidate) – İmtahana oxuduğu təhsil müəssisəsi tərəfindən
göndərilən namizəddən fərqli olaraq, açıq imtahanda iştirakını müstəqil şəkildə maliyyələşdirən
namizəd. (Məs., Britaniya Krallığının təhsil sistemində bu qrupa imtahan qeydiyyatından keçmiş
amma məktəb sistemindən kənarda özəl şəkildə hazırlanan şəxslər aiddir.)
Müşahidəedici öyrənmə (Observational learning) – Xarici aləmin məqsədyönlü və mütəşəkkil
qavrayışı əsasında öyrənmə. Müşahidəedici öyrənmə sosial öyrənmə nəzəriyyəsinin mühüm
komponenti olub, təqlid etmə (imitasiya) və eyniləşdirmə proseslərini özündə ehtiva edir.
Müşahidə cədvəlləri (Observation schedules) – Müşahidənin sistemliliyini, ardıcıllığını,
məqsədyönlülüyünü, qrup halında müşahidə zamanı qarşılıqlı olan əlaqəni təmin edən xüsusi
cədvəllər. Müşahidə cədvəllərindən təhsil tədqiqatlarında geniş istifadə edilir.
Müvəffəqiyyət (Achievement) – Təhsil alanların tədris proqramlarının tələblərinə əsasən
professional elm, bilik və bacarıqlara yiyələnməsinin xüsusiyyətləri. Təhsil alanların
müvəffəqiyyətinin göstəriciləri, əsasən, cari, cari mövzuya görə, yarımilliklərə əsasən, yekun - yəni,
bütün il boyu fənn üzrə beşballıq sistem əsasında olan qiymətlər hesab edilir.
Dostları ilə paylaş: