Normal bölgü əyrisi (Normal Distribution Curve) - Ölçmələrin nəzəri bölgüsünü göstərən
zəng formalı əyri. Ən müxtəlif faktiki göstəricilər (məs. test qiymətləri) aid edilən bu bölgü
əyrisindən şkalaların qurulmasında, həmçinin testlərin keçirilməsində və qiymətləndirmə prosesində
əsas kimi istifadə olunur. Normal bölgü əyrisi insan keyfiyyətlərinin ölçülməsi silsiləsində bölgü
sıxlığına yaxındır.
Normal əyri ekvivalent şkalası (Normal Curve Equivalent Score) – Faiz nisbətlərininbərabər
vahidlərə çevrilməsini nəzərdə tutan şkala. Bu, orta qiymətlərin hesablanması üçün əlverişlidir, belə
ki, Normal Əyri Ekvivalent Şkalasının 5 vahidində fərq şkalanın istənilən nöqtəsində eyni
müvəffəqiyyət fərqini bildirdiyindən, faiz nisbəti bunu göstərmir. Ancaq dərs ilinin ayrı-ayrı dövrləri
üçün müxtəlif Normal Əyri Ekvivalent Şkalaları tələb edilir.
Normaya istinadən test (Norm Referenced Test (NRT) - Şagirdin başqa şagirdlərlə müqayisə
edildiyi qiymətləndirmə forması. Konkret şagird kontingenti üzrə adətən ümummilli səviyyədə nəticə
norması müəyyən edilir, test keçirilir və daha sonra orta qiymətlər, standart kənarlaşmalar, standart-
laşdırılmış qiymətlər və faiz nisbətləri hesablanır. Bundan sonra ayrıca bir qiymətin qrupun nəticələri
ilə müqayisəsi üçün ekvivalent qiymətlər əldə edilir (bax: Meyarlarla Əlaqəli Testlər).
Normaya istinadən qiymətləndirmə (Norm-Referenced Assessment (NRA) – Şagirdin
cavabının daha böyük qrupla müqayisə olunması üzrə aparılan qiymətləndirmə.
Şagird, məktəb, ərazi, hətta bütövlükdə ölkələr norma qrupuna görə müqayisə olunur və
nəticələrə əsasən ardıcıl sıralanır. Bu qiymətləndirmənin əsas məqsədi şagird nailiyyətlərini hər hansı
cavab meyarlarına görə qiymətləndirmək deyil, əksinə, şagirdləri seçməkdir.
Nümunə (Sample) - 1. Eyni qəbildən olub ayrıca götürülmüş fərd. 2. Tədqiqat təcrübəsində
müşahidə edilmək üçün əhalinin seçilmiş bir hissəsi. 3. Eksperimental nümunə əldə etmək üçün sınaq
seçimi.