Orijinal adı: «Education Glossary»


Ölçmə xətası (Error of Measurement) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə57/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   53   54   55   56   57   58   59   60   ...   92
KİTAB Təhsil lüğəti

 
Ölçmə xətası (Error of Measurement) - Ölçmə nəzəriyyəsinə görə, fərziyyəyə əsaslanan orta 
qiymətlə faktiki qiymət arasında müşahidə; test və ölçü meyarları üzrə göstəricilərdə ardıcıllığın 
(yaxud etibarlılığın) olmamasından irəli gələn təqribi fərq.
 
Ömürlük öyrənmə (Lifelong learning) – İnsanlar öyrənməni gündəlik həyat normasına 
çevirməklə, öz həyatları boyu bilik, bacarıq və təcrübə əldə edə, onları mütəmadi yeniləşdirə, 
təkmilləşdirə bilərlər. 
Öyrədici proqram tədqiqatı tərzi (Tutorial study mode) - Fənni yaxşı mənimsəmək 
məqsədilə, tələbələrin fənn koordinatoru tərəfindən təşkil edilmiş konsultasiyalarda iştirak etdiyi 
universitetdaxili təlim tərzi. 
 
Öyrənmə (Learning) - Məlumatların öyrənənin zehninə köçürülməsindən ibarət olan və fərdin 
daxili yaradıcılığına əsaslanan idrak prosesi. Təlim verənin müdaxiləsi və ya dəstəyi ilə öyrənənin 
davranışını sabitlik dərəcəsinə doğru dəyişdirən bu proses müasir nəzəriyyələrə əsasən 7 prinsiplə 
müəyyənləşdirilir: 1) Öyrənmənin ictimai məzmunu son dərəcə önəmlidir; 2) Bilik ilə cəmiyyət 
həyatı həmahəngdir; 3) Öyrənmək bir üzvlük fəaliyyətidir; 4) Öyrənmək təcrübəyə bağlıdır; 5) 
İştirak etmə və səlahiyyət vermə ayrılmazdır; 6) Öyrənə bilməmək iştirakdan uzaq olmağın 
nəticəsidir; 7) Cəmiyyət ömür boyu öyrənən insanlardan ibarətdir. 
 
Öyrənmə bacarıqları (Study skills) - Müvəffəqiyyətli akademik öyrənməyə yönəldilmiş cəhdin 
tələblərini bilmək. Fərdi xüsusiyyətlərdən asılı olan öyrənmə bacarıqları yaşın və təhsilin bütün 


- 36 - 
pillələri üçün əhəmiyyətlidir. Bəziləri normal tədris planı daxilində, digərləri isə öyrənmə 
bacarıqlarının komponentləri daxilində ayrıca rəftardan faydalanmaqla öyrənə bilərlər.
 
Öyrənmə birliyi (Learning community) - Eyni təlim məqsəd və dəyərlərinə kömək üçün 
müəllim və öyrənənlər arasında şəxsi əməkdaşlığın təmin olunması.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin