Orijinal adı: «Education Glossary»


Paralel yoxlama (Double Marking) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə60/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   56   57   58   59   60   61   62   63   ...   92
KİTAB Təhsil lüğəti

 
Paralel yoxlama (Double Marking) - Esse və yazılı tapşırıqların iki nəfərdən ibarət müstəqil 
ekspert qrupu tərəfindən yoxlanılması. Qiymətlərdəki fərq o qədər də böyük olmayanda, adətən, 
qiymətləndirmə orta qiymətin çıxarılması ilə, fərq böyük olduqda isə, münsif qismində ekspertin 
dəvət edilməsi ilə həyata keçirilir. 
 
Pedaqogika (Pedagogy) – 1. Tərbiyənin konkret tarixi qanunlarını, cəmiyyətin bu qanunlarla 
bağlılığını, cəmiyyətin mövcud təlim-tədris qaydalarını öyrənən elm;
2. təlim, təhsil və tərbiyənin əsaslarını öyrənən nəzəri və tətbiqi elmlərin toplusu;
3. ali təhsil müəssisələrində tədris edilən fənn.
Pedaqoji institutun məzunu olan müəllim (Graduate teacher) – Məktəbəqədər tərbiyə 
müəssisələri, ibtidai, yaxud orta məktəblər üçün hazırlanmış mütəxəssis müəllim.
Pedaqoji kadrların ixtisasartırma təlimi (In-service teacher training) - İşdən ayrılmamaq 
şərtilə, müəllimlərə ixtisaslarını təkmilləşdirmək, təhsil sahəsindəki yeniliklərlə tanış olmaq və 
peşəkar inkişaf imkanları yaratmaq məqsədi daşıyan xüsusi təlim kursları və proqramları 
Pedaqoji şura (Academic board) - Funksiyası təhsil müəssisəsinin pedaqoji fəaliyyətinə nəzarət 
etməkdən ibarət olan pedaqoqlar şurası. Şura üzvlərinin bəziləri səsvermə yolu ilə, bəziləri isə 
tutduqları vəzifəyə görə seçilir. 
Peşə etikası (Code of Conduct) – Peşəkar davranışı tənzim edən etik qaydalar, normalar. Məs., 
açıq imtahanların keçirilməsində qiymətləndirmə orqanlarının iş qaydasını tənzimləyən tövsiyə
yaxud təlimatlar.
Peşə (müəllimlərə aid) etikası (Teachers’ Code of Conduct) – Müəllimlərin peşə fəaliyyətini 
və davranışını tənzim edən etik qaydalar, normalar.
 
Peşə təhsili (Vocational/Technical education) – Fərdləri əmək bazarına hazırlamaq üçün 
onların peşə-ixtisas məktəblərində konkret ixtisas və peşə üzrə müəyyən bilik və bacarıqlar əldə 
etməsini nəzərdə tutan təhsil. İlk peşə-ixtisas məktəbləri XVIII əsrin əvvəllərində Almaniyada, XIX 
əsrdə Fransada, XIX əsrin 70-ci illərində ABŞ-da yaranmışdır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin