- 38 -
Problem yönümlü yanaşma (Problem approach) - Təhsil planlaşdırması
və siyasətinin
nəzərdən keçirilməsinin asanlaşdırılması, təhsil prosesini nizama salan qanun və prinsiplərin
eyniləşdirilməsi və s. məqsədlərlə tətbiq edilən metodologiya.
Problemin həlli (Problem solving) - Problemlərin həlli zamanı öz təfəkkür və inkişaflarının
şagirdlər (tələbələr) tərəfindən qiymətləndirilməsinin öyrənilməsi metodu.
Eyni problemlərin həlli strategiyalarını təyin edən strateji müzakirələr və bu strategiyaların
tədqiqi zamanı üzə çıxan əlavə problemlərin dəqiq müəyyən edilməsi də bu prosesə daxildir.
Peşəkar inkişaf (Professional development) – Təhsildə insan resurslarının, yəni, inzibatçı və
texniki işçilər, rəhbərlik və müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması.
Proqramlaşdırılmış öyrənmə (Programmed learning) – Təlimin,
sadədən mürəkkəbə
prinsipilə müəyyən edilmiş əsaslar üzərində və təlim proqramları çərçivəsində təşkili.
Prosentil (Percentile) - Minimum göstəricisi
1,
maksimum göstəricisi isə 100 olan dərəcə
şkalası. Bu şkalada
50 orta qiymət hesab edilir. Prosentil etalon
və ya standart qrupda test
iştirakçısının qiymətinə bərabər, yaxud bu qiymətdən aşağı qiymətlər alan şagirdlərin faiz nisbətini
göstərir. Prosentil düzgün cavabların faiz nisbətini deyil, testdə iştirak
etmiş şəxsin normal qrup
standartına münasibətdəki mövqeyini göstərir.
Dostları ilə paylaş: