2 - Aşağı səviyyə 5 - 10 7% 1 - Ən aşağı səviyyə 1 - 4 4% Standartlar (Standards) - Şagirdlərin nəticələrinin keyfiyyətini, tədris metodları və tədris
proqramını dəyərləndirmək üçün istifadə olunan razılaşdırılmış meyarlar.
Standart qiymət (Standard Score) - Sərbəst orta və standart kənarlaşmanı əldə etmək üçün
miqyaslaşdırılan törəmə qiymət (bax, Z -qiymətivəT-qiyməti).
Standart kənarlaşma (Standard Deviation) - Qiymətin toplanılması yolu ilə qrupdakı bütün
qiymətlərin orta göstəricisi arasındakı fərqin ifadəsi üçün istifadə olunan statistik göstərici. Normal
bölgüdə qiymətlərin təxminən 2/3 hissəsi (68.3%) orta göstəricidən yuxarı bir standart kənarlaşma
həddində və orta göstəricidən aşağı bir standart kənarlaşma həddində olur. Qiymətlərin 1/6 hissəsi
orta göstəricidən bir standart kənarlaşma həddinə qədər yuxarı, yaxud aşağı olur.
Standartlaşdırma (Standardization) - Qiymətləndirmənin planlaşdırılması və keçirilməsi,
həmçinin balların verilməsi üçün nəzərdə tutulan ardıcıl üsullar sistemi. Standartlaşdırmanın məqsədi
bütün şagirdlərin eyni şərtlərlə qiymətləndirilməsini, onların qiymətlərinin eyni əhəmiyyətə malik
olmasını və ayrı-seçkiliyə məruz qalmamasını təmin etməkdir. Qiymətlər ayrı-ayrı şəxs və ya
qrupların müqayisə olunması üçün istifadə edilərkən standartlaşdırılmış prosedurlar çox böyük
əhəmiyyət kəsb edir.
Standartlaşdırılmış test (Standardized Test) –Bir şagirdin (yaxud şagirdlərin) bilik və
bacarıqlarının dəyərləndirilməsi üçün tətbiq edilmiş eyni ölçü vasitəsinin digər şagirdlərin də
öyrənmə bacarıqlarının müəyyənləşdirilməsi zamanı tətbiqi.
Standartlaşdırılmış qiymətlər (məsələn, orta, standart kənarlaşma, prosentillər) silsiləvi test
imtahanlarında iştirak edən şagirdin öz qiymətləri və həmin qiymətlərə nəzərən öz inkişaf
mərhələləri arasında müqayisə apara bilməsi üçün işlənib hazırlanmışdır. SAT, GRE, GMAT, LSAT,
MCAT, TOEFL və s. imtahanları buna misal göstərmək olar.