- 7 -
Asanlıq indeksi (Facility value) - Tapşırığın asanlıq səviyyəsini 0-dan 1-ə qədər şkalada
müəyyən edən statistik göstərici; bəzən
çətinlik dərəcəsi və ya
p göstəricisi kimi adlandırılır. Asanlıq
indeksi
0.0 olan tapşırıq ən çətin, asanlıq indeksi
1.0 olan tapşırıq isə ən asan tapşırıq hesab edilir.
Aspirantura (Postgraduate Study) – (lat. dilindən
Aspiro -
cəhd edirəm, yaxınlaşmağa
çalışıram) - elmi işçilərin hazırlanma forması. Əksər xarici ölkələrdə aspiranturaya uyğun təhsil
universitet daxilində xüsusi mərkəzlərdə həyata keçirilir. Aspirantura təhsili aspirant tərəfindən
yerinə yetirilmiş elmi-tədqiqat işinin müdafiəsi və müvafiq elmi dərəcənin (adətən doktor) alınması
ilə yekunlaşır.
Audiovizual materiallar (Audiovisual materials) – müasir tədris prosesində çox geniş yayılmış
ekran və səs avadanlıqlarından ibarət olan xüsusi texniki dərs vəsaitləri. Bura diaproyeksiyalar
(diafilm və diapozitivlər), epiproyeksiyalar (episkoplar vasitəsilə kağızda yazılmış və ya çəkilmiş
şəkil, çertyoj və s. ekranda nümayişi), kodproyeksiyalar, səs ləvazimatı, tədris kino və televiziya
filmləri, audio/video lentlər, kompakt/rəqəmsal disklər və s. daxildir.
Avrodik (EURYDICE) - Əsası 1980-cı ildə qoyulmuş, 1995-ci ildən etibarən “Sokrat” Təhsildə
Birlik Hərəkatı proqramının tərkib hissəsi kimi fəaliyyət göstərən EURYDİCE Avropada təhsil üzrə
informasiya şəbəkəsidir. EURYDİCE təhsil sistemlərinin ümumi və fərqli xüsusiyyətlərinə xüsusi
diqqət yetirən müşahidəçi rolunu oynayır, milli təhsil sistemləri üzrə müqayisəli məlumatlar təqdim
edir.
Dostları ilə paylaş: