- 43 -
Subyektiv rəy (Subjective) - Konkret bir insana xas olan fərdi, şəxsi, bəzən qeyri-obyektiv fikir
və düşüncələrin ifadəsi.
Məsələn,
sinifdə qiymətlərin verilməsi, adətən, müəllimin subyektiv mövqeyindən asılı olur.
Subyektiv tapşırıq (Subjective item) - Qiymət verəndən cavabın keyfiyyətinə (məsələn, şəxsin
ədəbi və ya rəsmin bədii xüsusiyyətləri) dair şəxsi fikrin yürüdülməsini tələb edən tapşırıq. Subyektiv
rəy və reallıq arasındakı fərqləri azaltmaq üçün qiymət verənin mühakiməsi qiymətləndirmə sxemləri
və təsviredici icra elementləri ilə məhdudlaşdırıla bilər.
Summativ qiymətləndirmə (Summative assessment) - Tədris
prosesinin müəyyən
mərhələlərində (məs.,
tədris vahidinin, yarım ilin və ilin sonunda)
şagirdlərin əldə etdikləri
nəticələrinin yoxlanılması məqsədilə keçirilən qiymətləndirmə növüdür.
Summativ qiymətləndirmə
şagirdlər tərəfindən məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Şagirdin
təlim nailiyyətlərinin konkret standart və ya standart qrupunda nəzərdə tutulan məqsədlərə nail olma
dərəcəsini müəyyənləşdirib rəqəmli qiymət qoymaq imkanını verir.
Dostları ilə paylaş: