Orijinal adı: «Education Glossary»


Şəffaflıq (Transparency) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə72/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   68   69   70   71   72   73   74   75   ...   92
KİTAB Təhsil lüğəti

Şəffaflıq (Transparency) - İmtahan sistemi ilə əlaqədar proseslərə dair ictimaiyyətin, xüsusən 
məktəblərin, müəllimlərin və şagirdlərin məlumatlılıq səviyyəsi. 
Şərhlər rubrikası (Annotated rubric) – Çox vaxt aprobasiyadan (bəyənmə, təsdiqləmə) və ya 
ilkin qiymətləndirmədən sonra qiyməti müəyyən edən heyət tərəfindən irəli sürülən mülahizələr. Bu 
qeydlərdə meyarların mənası, rubrika və meyarlar arasındakı fərqlər izah olunur, şərhlər qiymətin 
etibarlılığı və yekdilliyi bacarığının aşılanması üçün vacib vasitə kimi tətbiq edilir.
Böyük Britaniyada “qiymətin şərhlərlə verilməsi sxemi” terminindən mümkün cavabların 
araşdırılması ilə əldə edilən nəticələrə əsaslanan ilkin qiymətləndirmə sxeminə uyğun olaraq işlənib 
hazırlanmış «yekun» qiymətləndirmə sxemini bildirmək üçün istifadə olunur. 
 


- 44 - 
T
 
T-qiymət (T-score) - Orta göstəricisi 50, standart kənarlaşması 10 olan standart qiymət. Yəni, T-
qiyməti 50 olan şəxsin nəticəsi orta qiymət səviyyəsində, T-qiyməti 60 olan şəxsin nəticəsi isə, orta 
qiymətdən bir standart kənarlaşma pilləsi qədər yuxarı hesab edilir.
T-qiyməti standartlaşdırılmış test normalarını müəyyən etmək üçün istifadə edilir, normal-
laşdırılmış standart qiyməti müvafiq qiymətlərə dəyişməklə alınır.
 
 
Tam Hərəki Cavab (Total Physical Response - TPR) - Yeni lüğətin müəllimlər tərəfindən 
göstərişlər/əmrlər vasitəsi ilə təqdim olunması üsulu. Tələbələr müəllimin göstəriş və əmrlərini 
olduğu kimi yerinə yetirirlər. Məs: Kitablarınızı açın/örtün və s. Bu metoddan daha çox dilin 
öyrədilməsinin başlanğıc mərhələsində istifadə edilir.
 
Tam kurikulum (Whole curriculum) - Məktəbin tam tədris planı və bütün digər tədris planı 
materiallarının cəmi. 
 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin