- 46 -
Tədris məqsədi (Educational aim) – Tədris proqramı çərçivəsində
nəzərdə tutulan və tam,
yaxud qismən yerinə yetirilən uzunmüddətli məqsəd. Qismən yerinə yetirilən tədris məqsədinə tam
əldə edilməsi məktəb mühitindən kənarda mümkün olan məqsədlər aiddir. Məsələn, şagirdlərin
özlərinə inanmalarına, yaradıcı, məhsuldar və sadiq vətəndaş kimi yetişmələrinə yardım
etməkdən
ibarət olan tədris məqsədi buna nümunə sayıla bilər.
Tədris prosesi (Educational process) – təhsil məsələləri, şagirdlərin inkişaf və təhsillə bağlı
məsələlərinin həll olunduğu müəllim və şagirdin məqsədyönlü fəaliyyəti.
Tədris ləvazimatı (Educational materials) - 1) müxtəlif müəllif
mövqeyindən müəyyən bir
fənnin elmi əsaslarını izah edən kitablar; 2)
metodiki materiallar, izahatlar,
müxtəlif fənlər barədə
tövsiyələrdən bəhs edən müəllim və ya şagirdlər üçün kitablar; 3) təlim-tədris prosesində mənbə kimi
istifadə edilən xüsusi hazırlanmış fənn materialları.
Tədris ili (School year) - təhsil müəssisələrində dərsin başlanmasından tətil vaxtına qədər davam
edən müddət. İlk dəfə Qərbi Avropa məktəblərində tətbiq olunub, XVI
əsrin sonuna qədər il boyu
davam etmişdir.
Tədrisin mövcud səviyyəsi (Present level of education performance) Şagirdin (tələbənin)
akademik nailiyyətinin səviyyəsi, ünsiyyət bacarıq və vərdişləri, davranışı və başqa fəaliyyət sahələri
haqqında məlumatı özündə əks etdirən Fərdi Təhsil Planlaşdırması komponenti.
Təhsil (Education) – Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin
mənimsənilməsi prosesi və
əsas təhsil üzrə ümumi təlim nəticələri.
Dostları ilə paylaş: