Orijinal adı: «Education Glossary»


Təhsildə məlumat bazası idarəetmə sistemləri (Database management systems in education)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə77/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   73   74   75   76   77   78   79   80   ...   92
KİTAB Təhsil lüğəti

Təhsildə məlumat bazası idarəetmə sistemləri (Database management systems in education) 
- Dəqiq və həqiqi maarifləndirici məlumatla təmin və idarə edən sistem. Məlumat bazası idarəetmə 
sisteminin məqsədi müəyyən fəaliyyət sahəsinə uyğun olan məlumatı toplamaq, emal etmək, 
yeniləşdirmək, qorumaq və həmin məlumatla əlaqəli spesifik suallara cavabları təmin etmək üçün 
ondan faydalanmağı bacarmaq, analiz etmək və məlumat mübadiləsini təmin etməkdir. Məlumat 
bazası idarəetmə sistemləri, kiçik mikrokompüterlərdən böyük mərkəzi blok sistemlərə qədər olan 
kompüter sistemlərində etibarlıdır, bir istifadəçi tərəfindən digər istifadəçinin əldə etdiyi nəticələrə 
təsir etmək ehtimalını istisna edir. 
Təhsildən yayınmaq (Drop out) - Təhsili müəyyən mərhələni tam başa vurmadan aralıq 
mərhələdə tərk etmək. 
Təhsildən yayınma səviyyəsi (Drop-out rate) - İl ərzində konkret məktəb, yaxud ərazi üzrə 
təhsildən yayınan şagirdlərin (tələbələrin) ümumi sayının təhsilə davam edən şagirdlərin (tələbələrin) 
ümumi sayına nisbəti. 
Təhsilin bakalavr pilləsi (Bachelor of Education BEd) – Müvafiq ixtisaslar üzrə geniş profilli 
mütəxəssis hazırlığını təmin edən və məzunlara bakalavr dərəcəsi verən ali peşə-ixtisas təhsilinin 
birinci səviyyəsi.
Təhsilin Beynəlxalq Standart Təsnifatı (International Standard Classification of Education- 
ISCE) - Ölkənin milli təhsil sisteminin quruluşu, təhsil siyasətinin təhlili və qərar qəbulu üçün 
hazırlanmış çoxməqsədli sistem. 
Təhsilin Beynəlxalq Standart Təsnifatından müxtəlif istiqamətlər üzrə təhsilin statistikasının 
aparılması, məsələn, şagirdlərin (tələbələrin) qeydiyyatı, təhsilin inkişafı ilə bağlı intellektual və 
maliyyə resurslarının formalaşdırılması və s. məqsədlərlə istifadə edilə bilər.
 
Təhsildə bərabərlik (Equality to education) -
İrqi, cinsi, yaşı, dili, səhhəti, sosial-maddi 
vəziyyəti, yaşayış yeri, siyasi əqidəsi, məhkum olması, milli və dini mənsubiyyətindən asılı 
olmayaraq, bütün vətəndaşların təhsil almaq üçün eyni imkanlarla təmin olunması. Bərabərlik heç də 


- 47 - 
həmişə eyni cür davranmaq yaxud rəftar etmək mənasını vermir; təhsildə bərabərlik bu sahədə 
müxtəlif ehtiyaclara, zərurətlərə ünvanlanır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin