Orijinal adı: «Education Glossary»


Təhsil psixologiyası (Educational psychology)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə80/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   76   77   78   79   80   81   82   83   ...   92
KİTAB Təhsil lüğəti

Təhsil psixologiyası (Educational psychology) – Psixologiya elminin insan psixikasının inkişaf 
qanunauyğunluqlarını təhsil müstəvisində öyrənən sahəsi.
 
Təhsilin pillələri (Levels of education) – Təhsil sisteminin müstəqil tərkib hissəsi 
(məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbi, ibtidai, əsas orta təhsil müəssisələri). Təhsil 
pillələri bir-biri ilə üzvi şəkildə bağlıdır və bu, təhsildə, ardıcıllığın, inkişafın təmin olunmasına 
kömək göstərir.
 
Təhsil sistemi (Education system) – Müxtəlif istiqamətli təhsil proqramlarının və dövlət 
standartlarının qarşılıqlı əlaqəsinin cəmi; onları həyata keçirən müxtəlif hüquqi bazaya, növə, tipə 
malik olan təhsil müəssisələrinin şəbəkəsi; təhsil idarəetmə orqanları sistemi. Təhsil sisteminin 
növü ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, mədəni-tarixi və milli-xüsusiyyətləri ilə müəyyən 
olunur.
Təhsil sisteminin 4 pilləsi vardır: (a) öyrənmə-təcrübə pilləsi; (b) öyrənilmiş təcrübələri həyata 
keçirən təlimatverici sistem; (c) təlimatverici sistemi dəstəkləyən inzibati sistem; 
(d) bütün bu təlim-təhsil müəssisələrini tanıyan, idarə edən və maliyyələşdirən idarəedici sistem. 
Təhsil siyasətinin öyrənilməsi (Educational policy studies) – Təhsillə əlaqəli alternativ ictimai 
qaydaların təbiəti, növü, səbəb və nəticələri ilə bağlı təhlillər. Belə təhlillər qaydalarla bağlı 
problemlərin əməkdaşlıq mühitində həllinə, alternativ qaydalar arasından ən yaxşısının seçilməsi və 
səmərəli istifadəsinə zəmin yaradır.
Təhsil tədqiqatı (Educational research) - Nəzarət altında olan laboratoriya eksperimentlərində 
müşahidəçi iştirakçıdan tədqiqatçı fəaliyyətinə, tarixi fənlərdən məntiqi təhlilə aparan tədqiqat 
metodu. Təhsil tədqiqatı öz məzmununda müşahidələrin aparılmasından başlayaraq nəticələrin əldə 
edilməsi, qərarların hazırlanmasına qədər geniş biliklər toplusunu əks etdirir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin