Təhsilin standartları (Educational standards) - 1) tədris fənni üzrə son nəticələrin göstərildiyi
hər bir təhsil pilləsi üzrə tərtib edilən əsas sənəd. Standartın strukturuna təhsilin məqsəd və vəzifələri,
termin və qanunauyğunluqları, bilik və düşüncələri, bilik və bacarıqları, təhsilin nəticələrinin
yoxlanması texnologiyası daxildir. 2) orta məktəb təhsilində nəticə əldə etmək üçün tədrisin nüvəsi
onun tərkibinə daxil olur və təhsilin məzmununun optimal minimumunu göstərir.
Təhsil sistemi (Educational system)- Müxtəlif istiqamətli təhsil proqramlarının və dövlət
standartlarının qarşılıqlı əlaqəsinin cəmi; onları həyata keçirən müxtəlif hüquqi bazaya, növə, tipə
malik olan təhsil müəssisələrinin şəbəkəsi; təhsil idarəetmə orqanları sistemi. Təhsil sisteminin növü
ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, onun siyasi rejimi, mədəni-tarixi və milli xüsusiyyətləri ilə
müəyyən olunur.
Təkdərəcəli sinif (Monograde class) - Yalnız bir pilləli tədris planı/kurikulumu olan, bir və ya
bir neçə müəllim tərəfindən idarə olunan sinfə aid edilir.
Təkmilləşdirmə (Re-training) – Məqsədi dəyişməkdə olan cəmiyyətdə şəxsiyyətlərarası və
professional hazırlığı inkişaf etdirməkdən ibarət interaktiv təlim növü. Kadrların peşəkarlıq
səviyyəsinin artırılmasında, o cümlədən müəllimin professional hazırlığında ən mühüm metodlardan
biri hesab edilir.
Təkrar sinifdə qalan tələbə (Repeater) - Eyni sinifdə ikinci il qalan tələbə. UNESCO -nun
Təhsil Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun şərhinə görə “sinifdə qalan tələbə”dərs ilinin
əvvəlində eyni standartlarla siyahıya alınan və əvvəlki tədris ilində keçilənləri növbəti dərs ilində
yenidən keçən tələbədir.
Təkrar sinifdə qalma dərəcəsi (Repetition rate) - Eyni tədris ili və eyni sinifdə bir dəfədən
artıq qeydiyyata alınan tələbələrin sayının keçən il ərzində həmin sinifdə olan və siyahıya alınan
tələbələrin ümumi sayına olan nisbəti.