Təkrar testləşdirmə nəticələrinin etibarlılıq əmsalı (Test-retest reliability coefficient) - Eyni
testin (sınağın) uyğun olan ayrı-ayrı vaxtlarda ikinci dəfə keçirilməsindən alınan balların bir-birilə
əlaqələndirilməsindən əldə edilən etibarlılıq əmsalı. Şagird və ya tələbənin nəticələrinin artıb-
artmamasını əks etdirir.
Təqdimat, Məşq, Nəticə (Presentation, Practice, Production –PPP) - Yeni dərsin izahı üsulu.
Müəllim yeni sözləri və ya qrammatik qaydanı izah (təqdim) edir, tələbə/şagirdlər yoxlama tipli
tapşırıq, yaxud çalışmalar vasitəsilə təqdim edilmış material üzərində məşq edir, sonra isə müəllim
öyrəndiklərinin kommunikativ yolla praktikada tətbiqi üçün onlara
tapşırıq verərək nəticəni yoxlayır.
Tələb əsaslı qiymətləndirmə (On-demand Assessment) -Konkret bir tarixdə və konkret bir
məkanda şagirdlər üçün eyni şərtlərlə onlayn üsulu ilə keçirilən testlərin qiymətləndirməsi. ABŞ-da
tələb əsaslı qiymətləndirməyə nümunə kimi məktəb dairələri və ştatlar səviyyəsində keçirilən SAT
(Təhsil Nailiyyətləri Testi) testlərini göstərmək olar.
Tələbə (Student)- Ali məktəb tələbələri, bəzi ölkələrdə isə orta məktəb şagirdləri. Qədim
Romada elmi proseslə məşğul olan əksər şəxsləri tələbə adlandırırdılar. XII əsrdə universitetlərin
yaradılması ilə bu ad həmin müəssisələrdə təhsil alanlara verilir. Azərbaycan Respublikasında isə,
əsasən orta məktəblərdə təhsil alanlar şagird, ali və orta-ixtisas məktəblərində təhsil alanlar tələbə və
dinləyici, hərbi məktəblərdə təhsil alanlar isə kursant adlanır.
Təhsil proqramı / kurikulum (Curriculum) - Təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və
məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını,
pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması sistemini
özündə əks etdirən dövlət sənədi.