Orijinal adı: «Education Glossary»


Tələbə / şagird yoldaşı (Student-cohort)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə84/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   80   81   82   83   84   85   86   87   ...   92
KİTAB Təhsil lüğəti

Tələbə / şagird yoldaşı (Student-cohort) - Şagird nailiyyətlərinə yardım edən bir qrupda təhsil 
alan tələbə/şagirdlər; (dərs ili ərzində tələbə öz arzusu ilə qrupa daxil ola və ya onu tərk edə bilər).
Təlimat (Instruction) – Təhsil alanın yerinə yetirməli olduğu göstərişlər toplusu; hər hansı bir 
elm sahəsində bilik, bacarıq, məlumat və göstərişlərin ardıcıl surətdə ötürülməsi prosesi.
Təlim (Training) – Müəllim və ya hər hansı bir şəxsin (tərbiyəçi, valideyn, təşkilatçı və s.) 
rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü təhsilvermə
və tərbiyəetmə prosesi. Bu proses öyrədən və 
öyrənənin qarşılıqılı
fəaliyyətinin vəhdətinə əsaslanır. 
Təlimat məqsədləri (Instructional goals) – Konkret fənn, kurs, proqram və ya dərsin təhsil 
alanlara verəcəyi yeni bilik, bacarıq, vərdişlərlə bağlı plan.
 
Təlimat strategiyası (Instructional strategy) – Maksimum dərəcədə təlim məqsədlərinə 
çatmaqdan ötrü qarşıya qoyulmuş zəruri uzunmüddətli hərəkətlərin ümumiləşdirici modelləri. 
Təlimatın vəzifələri (Instructional objectives) - Müəllimin tələbə qarşısında qoyduğu 
qısamüddətli məqsəd və ya təlimat nəticəsində onun davranışında əmələ gələn dəyişiklikləri 
müşahidə etmək arzusunun aydın və dürüst təsviri. 
Təlimatlandırma modeli (Coaching model) – Təlimatçı müəllimin rəhbərliyi və nəzarəti altında 
fərdi yaxud qrup məşğələlər şəklində keçirilən təlim modeli. 
 
Təlim təcrübəsi (Teaching practice) - Təhsil müəssisəsində müvafiq vaxt müddətində 
təcrübəçi-müəllimlərin təlim bacarıqlarının təcrübədən keçirilməsi; bəzən məktəb təcrübəsi də 
adlandırılır. 
Tənqidi dinləmə (Critical listening) - Danışanın şifahi nitqinə diqqəti artırmaq və dəqiq anlama
vərdişini formalaşdırmaq məqsədilə eşitməyə nəzarətin təmin edilməsi; şagird (tələbə) eşitdiklərini 
dərk edir, öz tənqidi münasibətini bildirməklə onları dəyərləndirir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin