Orijinal adı: «Education Glossary»


Avropa Tədqiqat Mühiti (European Research Area (ERA)) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə9/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   5   6   7   8   9   10   11   12   ...   92
KİTAB Təhsil lüğəti

Avropa Tədqiqat Mühiti (European Research Area (ERA)) - 
2000-ci ilin yanvarında 
Avropa Şurası 
tərəfindən 
“Avropa Tədqiqat Mühitinə doğru” adı altında dərc edilən sənəddə irəli sürülmüş ideyadır.


- 8 - 
Programın məqsədi Avropanı aparıcı iqtisadi bilik məkanına çevirmək və qarşılıqlı əməkdaşlıq əsasında bu 
regionda tədqiqat üçün münbit şərait yaratmaq, AŞ-na üzv olan ölkələrin tədqiqatçı-alimləri arasında 
əməkdaşlığın inkişafı hesabına Avropa məkanında azad tədqiqat siyasətini həyata keçirməkdir. 
 

 
Bacarıq/səriştə (Proficiency) – Konkret sahədə biliyin lazımi səviyyədə əldə olunması və onun 
təcrübədə nümayiş etdirilməsi. 
Bacarıq/səriştə testi (Competency Test) - Şagirdin müəyyən edilmiş minimum standart bilik və 
bacarıqlara yiyələnməsi nəticəsində növbəti sinfə keçmək, məktəbi bitirmək, təhsildəki nailiyyətlərini 
təsdiqləyən hər hansı rəsmi sənəd almaq hüququna malik olmasını müəyyənləşdirmək üçün keçirilən 
test. 
 
Bacarıq testi (Power Test) - Sürət testindən fərqli olaraq, qiymətləndirmənin şagirdin test 
tapşırığını yerinə yetirdiyi müddətdən deyil, onun konkret sahədə tətbiq etdiyi bilik və bacarıqların 
keyfiyyətindən asılı olduğu test. (bax: Sürət Testi). 
 
Balans, tarazlıq (Balance) - Konkret nəticələri müəyyənləşdirmək məqsədilə verilmiş tap-
şırıqların “ideal” testə və ya test parametrlərinə uyğunluq səviyyəsi.
Beynəlxalq Bakalavriat Təşkilatı, BBT (International Baccalaureate Organization, (IB/O) – 
1968-ci ildə Cenevrədə yaradılan və 3-19 yaşlı orta məktəb şagirdləri üçün ingilis, fransız və ispan 
dillərində ikiillik tədris kursu təşkil edən qurum. BBT orta məktəblərə 3 proqram təklif edir:
- Diplom Proqramı 
- Orta Yaş Təlimi Proqramı
- İbtidai Yaş Təlimi Proqramı 
Milli sistemin ən yaxşı elementlərini özündə ehtiva edən bu beynəlxalq ümumi təhsil planı şagirdlərə 
öz ölkələrinin təhsil sisteminin tələblərini yerinə yetirmək imkanı verir. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin