Orijinal adı: «Education Glossary»


Yayındırıcı variant (Distractor) –



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə90/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   84   85   86   87   88   89   90   91   92
KİTAB Təhsil lüğəti

 
Yayındırıcı variant (Distractor) – Seçim üçün müxtəlif cavab variantları təqdim edən, yaxud iki 
əks cavab üzrə (Doğru, Yanlış) yerinə yetirilən tapşırıqda doğru olsa da, səhvən yanlış hesab edilən 
cavablardan hər hansı biri; bəzən “yanlış yol”, “alternativ”, yaxud “variant” da adlandırılır.
 
Yeni / Təzə müəllim (New teacher) - Pedaqoji məktəbi yenicə bitirmiş, tanışlıq, sınaq və 
peşəkarlığın
erkən inkişaf dövrünü keçən şəxs. 
Yerinə yetirmə standartı (Performance Standard) - Təhsil alanın müəyyən məharət 
səviyyəsini
təsdiqləməsi üçün tələb olunan davranış və ya hərəkətləri nümayiş etdirməsi. 
 
Yerli normalar (Local Norms) - Məhdud seçmə tapşırığının yerinə yetirilməsinin orta, yaxud 
adi nəticələrini göstərən test qiymətlərinin diapazonu. 
Yerli Təhsil Оrqanları (Local Education Authority - LEA) – Konkret regionda icbari təhsil 
və təhsilin növbəti mərhələləri üçün məsul olan səlahiyyətli orqanlar. 
 
UNESCO_(UNESCO)'>YUNESCO (UNESCO)BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı. 16 noyabr 1945-ci 
ildə yaradılmış bu təşkilatin nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 
1946-cı ildə qüvvəyə minmişdir. YUNESCO - nun tərkibinə dünyanın müxtəlif regionlarında 
yerləşən 67 büro və altbölmələr daxildir. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür. Mərkəzi Parisdə 
yerləşən və Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç orqanı özündə birləşdirən YUNESCO 
təhsil, elm və mədəniyyət sahələrində irəli sürdüyü məqsədləri, üzv dövlətlərdə qurulmuş Milli 
Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır. YUNESCO-nun əsas məqsədi – irqi, milli 
mənsubiyyəti, cinsi, dili və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələrində xalqların 
əməkdaşlığını genişləndirmək yolu ilə sülh və təhlükəsizliyin möhkəmlənməsinə kömək 
göstərməkdən ibarətdir. Bu təşkilat Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitut vasitəsilə təhsil 
planlaşması, kurikulumun inkişafı ilə də məşğul olur. YUNESCO ibtidai, orta və ali təhsil sahəsində 
beynəlxalq araşdırmaları istiqamətləndirərək təhsilin inkişafına kömək göstərir və dünya ölkələrinin 
təhsil sistemlərinin illik statistik icmallarını nəşr etdirir.  

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin