Böyük səy tələb edən imtahan (High Stakes Examination) – Hazırlaşmaq üçün şagird,
müəllim və valideynlərdən böyük səy və vəsait tələb edən imtahan və ya sınaq. Ali məktəbə qəbul
imtahanı böyük səy tələb edən imtahana nümunə, qazanılan uğur isə böyük karyeranın başlanğıcı
sayıla bilər.
Böyük səy tələb edən test (High Stakes Testing) - Nəticələri şagird, tələbə və müəllimlər üçün
böyük əhəmiyyət kəsb edən test proqramı. Bu test proqramları təhsil alanlara növbəti sinfə (pilləyə)
keçmək, təhsil müəssisəsini bitirmək haqqında şəhadətnamə (diplom) vermək məqsədilə təşkil edilir.
Buraxılış imtahanları sisteminin islahatı (Matura reform) – Əsasən milli azlıqların yaşadığı
və islahat mərhələsində olan bəzi Avropa ölkələrində təlimin nəticələrinin qiymətləndirilməsində
şəffaflıq, etibarlılıq və səmərəliliyin təmin olunması məqsədilə 3 mərhələdən ibarət buraxılış
imtahanları sisteminin yenidən qurulması.
Buzları əritmə (Ice-breaker) - İlk dərs günündəmüəllimin şagird və tələbələrlə səmimi ünsiyyət
yaratması üçün, və ya dərs vaxtı gərginliyi azaltmaq məqsədilə qısa müddət ərzində istifadə etdiyi
təqdimatforması.
Bütöv bal hesablanması (Holistic Scoring) – Həm ümumi təəssürat, həm də toplanmış ballar
əsasında aparılan qiymətləndirmə metodu. Ümumi təəssürata əsaslanan ənənəvi qiymətləndirmədən
fərqli olaraq, bütöv bal hesablanmasında qiymətləndirən şəxs özünün ümumi təəssüratını ballarla
ifadə edilmiş qiymət göstəricisi ilə müqayisə edir və yekun nəticələrə hansı qiyməti verəcəyini belə
bir müqayisə əsasında müəyyənləşdirir.
Bütöv qiymətləndirmə (Holistic Assessment) – Şagirdin (tələbənin) yerinə yetirdiyi tapşırığın
hər bir aspektinin tək-tək təhlil edilərək qiymətləndirilməsi ilə deyil, onun göstərdiyi yekun
nəticələrin ümumi qiymətləndirilməsi yolu ilə həmin şagirdin (tələbənin) yiyələndiyi biliklər
haqqında müəllim tərəfindən fikir yürüdülməsi.