Orijinal adı: «Education Glossary»



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   9   10   11   12   13   14   15   16   ...   92
KİTAB Təhsil lüğəti

 

 
Cavaba əsaslanan qiymətləndirmə (Performance-based assessment) - Birbaşa, sistematik 
müşahidənin nəticələri. Nəzəri biliklərə əsaslanan qiymətləndirmədən fərqli olaraq, şagirdin 
(tələbənin) cavabını qiymətləndirmək üçün müəyyən vaxt müddətində aparılan müşahidə onun əməli 
vərdiş və bacarıqlarına yönəldilir. 
 
Ç 
 
Çarpaz-əlaqəli fənlər - (Cross-curricular) Müxtəlif fənlərin məzmunu arasında əlaqə və 
eyniliklərin tapılmasına, əsas biliyin fərqli şəkildə öyrədilməsinə əsaslanan yanaşma. 
 
Çətinlik dərəcəsi (Level of Difficulty) - (bax: Asanlıq indeksi (Facility value)
 
Çoxdillilik (multilingualism) - Ana dilindən əlavə iki və daha çox dildə sərbəst danışmaq 
bacarığı.
 
Çoxmədəniyyətli təhsil (Multicultural education) – etnik, milli-mədəni, gender, əlillik və s. 
kimi bir sıra sosial müxtəlifliklər arasında bərabərliyi təmin edən təhsil siyasət və təcrübəsi. 
 
Çoxmənalılıqdan irəli gələn səhv (Ambiguity error) – Eyni qiymət meyarının ayrı-ayrı qiymət 
verən şəxslər (yoxlayanlar) tərəfindən fərqli şəkildə şərh edilməsi nəticəsində meydana çıxan səhv.
 


- 11 - 
Çoxməntiqli dərketmə (Multilogical thinking) - Məsələləri hərtərəfli yanaşma prinsipilə nəzərə 
almaqla düşünmə bacarığı. 
Çoxməntiqli problemlər (Multilogical (multi-dimensional) problems) – Bir neçə təhlil 
metodu olan problemlər. Çoxməntiqli problemlərin həlli yolları haqqında sərbəst düşünə bilən şəxs 
çoxtərəfli yanaşma qabiliyyətinə malik hesab edilir.
Çoxsahəli qavrama (Multiple intelligences) - Hovard Qardnerin problemlərin həlli və yeni 
ideyaların yaradılmasında insanların istifadə etdikləri genişhəcmli bacarıqların təsviri üçün irəli 
sürdüyü nəzəriyyə.
Çoxsahəli qavrama nəzəriyyəsinə görə, insan zehni musiqi, hərəkət, məntiqi-riyazi, linqvistik, 
məkani, fərddaxili, fərdlərarası  naturalist kimi müxtəlif qavrama qabiliyyətlərinə malikdir ki, bu 
da onların ayrı-ayrılıqda, eləcə də digər istedad sahələri ilə əlaqəli şəkildə tətbiq edilməsinə geniş 
şərait yaradır.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin