Orijinal adı: «Education Glossary»


Dəyişkənlik (Variability) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   13   14   15   16   17   18   19   20   ...   92
KİTAB Təhsil lüğəti

Dəyişkənlik (Variability) - Bölgü vaxtı qiymətlərin, yaxud göstəricilərin adətən orta göstəriciyə 
nəzərən paylanması.
Diaqnostik şaxələnmə (Diagnostic branching) - Özünü təlimatlandırma. Sistem öyrənənə onun 
seçməli olduğu alternativ cavabları təqdim edir. Nə öyrənmək istədiyini anlamadığını başqalarının 
yanında istəmədən etiraf etməli olan şəxslər üçün bu, seminar/treyninq probleminin həlli baxımından 
xüsusilə faydalı bir yoldur.
 
Diaqnostik test (Diagnostic Test) – Güclü, yaxud zəif cəhətlərin müəyyənləşdirilməsi və təhlili 
üçün tətbiq olunan test. Təhsildə problemləri olan şagirdlərin (tələbələrin) müəyyənləşdirilməsi 
məqsədi güdən diaqnostik testin nəticələrinə əsaslanaraq problemin aradan qaldırılması istiqamətində 
tədbirlər görülür. 
 
Didaktik təlim (Didactic instruction) - Nəqletmə vasitəsilə təlim. Didaktik təlim prosesində 
müəllim şagirdə (tələbəyə) mövzu üzrə nə düşünməli olduğunu çatdırır. Şagirdin vəzifəsi isə 
müəllimin dediklərini yadda saxlamaq və tələb olunanda ondan istifadə etməyi bacarmaqdır. 
Dilin inkişafı (Language development) - Digər dillərlə qarşılıqlı əlaqə və elmi-texniki inkişafla 
bağlı olaraq dildə baş verən dəyişikliklər. 
 
Dil oyunu (Language game) - Spesifik kontekstlərdə, yaxud dil oyunları zamanı sözlərin 
funksiyasından yeni mənanın əmələ gəlməsi. 
 
Diplom (Diploma) - (fr. Diplôme, yun. Díplōmaikiqatlanmış sənəd, diplóō – iki yerə 
qatlayıram). 1) ali və ya ali-ixtisas təhsil müəssisəsini bitirmək haqqında, elmi dərəcə və ya ad 
verilməsi barədə sənəd. 2) Müəssisə, təşkilat və ya vətəndaşın müəyyən fəaliyyəti həyata keçirtmək 
üçün verilən sənəd (məs. ticarət). 3) Müxtəlif məzmunlu müsabiqə, yarış, sərgi və s. nailiyyətlər üçün 
mükafat. 
Diploma əlavə (Diploma supplement) - Ali təhsil haqqında diploma əlavə olunmaqla keçilmiş 
fənlər, onların növü, səviyyəsi, statusu və s. haqqında məlumatları özündə əks etdirən sənəd. 
Beynəlxalq təhsil sahəsində şəffaflığın inkişafı, müvafiq ixtisas dərəcələrinin ölkələr tərəfindən 
qarşılıqlı surətdə tanınması işini asanlaşdırmaq məqsədilə məzunlara diploma əlavələrin verilməsi 
Avropa Birliyi, Avropa Şurası və UNESCO kimi beynəlxalq qurumlar tərəfindən dəstəklənir. 
Diploma əlavə sənədi əsasən, iki dildə tərtib edilir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin