- 4 -
Ön söz
Hörmətli Oxucu! Globallaşma nəticəsində milli təhsilimizin
beynəlxalq sistemə
inteqrasiya etməsi dilimizin yeni təhsil terminləri ilə zənginləşməsinə səbəb olur.
Sizlərə təqdim olunmuş “Təhsil lüğəti”ndə son illər təhsil sahəsində istifadə edilən, lakin
Azərbaycan dilinin leksikasında hələ tam sabitləşməmiş bir sıra yeni termin və anlayışların
izahı verilir.
Müasir milli təhsil prosesində istifadə edilən termin və anlayışların tərcüməsi və izahı
verilən bu lüğət təkcə pedaqoji fəaliyyətlə məşğul olanlar üçün deyil, həm də cəmiyyətin ən
aktual problemlərindən biri olan təhsilə maraq göstərən ictimaiyyətin
müxtəlif təbəqələri
üçün nəzərdə tutulub.
“Təhsil lüğəti” pedaqoqlar,
valideynlər, tədqiqatçılar,
jurnalistlər,
bir sözlə,
təhsil
sahəsindəki yeniliklərə maraq göstərən bütün oxucular üçün nəzərdə tutulmuşdur.
İnanırıq ki, bu lüğət
təhsil sahəsindəki müzakirələr, məlumatlandırma kampaniyaları
zamanı tərəflər arasında səmərəli ünsiyyətin təmin edilməsi baxımından da faydalı olacaq.
Dostları ilə paylaş: