- 5 -
A
Abituriyent (University /College entrant) – ali və ya orta peşə-ixtisas
təhsili müəssisələrinə
qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs.
Açıq (ictimai) imtahan / (Public Examination) - Mərkəzi, yaxud
əyalət səviyyəsində təhsil
sisteminin müəyyən pilləsində olan şagirdlər üçün təklif edilən 2 mərhələli imtahan. İctimai
imtahanın keçirilməsində əsas məqsəd ayrı-ayrı şagirdlərin müvəffəqiyyət
səviyyəsini müəyyən
etməkdən, yaxud şagirdlərin təhsil sisteminin növbəti pilləsi
üçün seçilməsindən ibarətdir
.
Açıq sonluqlu tapşırıq (Open-ended task) – Bir neçə mümkün cavabı olan tapşırıqlar. Əsasən
“Nə üçün?”, “Nəyə görə?”, “Necə?” və s. sualları ilə başlanan bu tapşırıqlar
şagird və tələbələrin
qazandıqları bilik və bacarıqlardan nə dərəcədə faydalandıqlarını təyin etməyə kömək edir. Açıq
sonluqlu tapşırıqlara nümunələr: “Bu ( fikir, hadisə, əşya, hərəkət, əlamət və s.) haqda nə bilirsiniz?”,
“Nə üçün bu haqda çox bilmək istərdiniz?”, “Bu (hadisə, hərəkət və s.) necə baş verir?” və s.
Adaptiv test (Adaptive testing) – Sualları
imtahan edilənin müvafiq sahə üzrə bilik səviyyəsinə
uyğunlaşdırılmış test metodu. Adaptiv testdə sualın çətinlik dərəcəsi imtahan edilənin əvvəlki suala
verdiyi cavabın düzgün, yaxud yanlış olmasından asılıdır. İmtahan edilənin düzgün cavablarının sayı
artdıqca test sualları da çətinləşir.
Müasir
dövrdə adaptiv test, əsasən, kompüter texnologiyalarının köməyilə
həyata keçirilir və
“Adaptiv Kompüter Testi” (AKT) adlanır.
Dostları ilə paylaş: