- 23 -
Kommunikativ yanaşma (Communicative Approach) - Səhvlərin düzəldilməsindən daha çox
fəal ünsiyyətə cəlb etmə prinsipinə əsaslanan və əsasən, xarici dillərin tədrisi zamanı geniş istifadə
edilən öyrətmə üsulu.
Kompüter biliyi (Computer skills) - Texnoloji təhsilin bir hissəsi olan kompüter biliyinin
tərkibinə aşağıdakı bilik və bacarıqlar daxildir:
- hesablama texnologiyası və informatikanın əsas anlayışlarına bələd olmaq;
- kompüter texnologiyasının əsas quruluş və funksional bacarıqlarına yiyələnmək;
- müasir əməliyyat sistemləri və onların əsas komandalarını mənimsəmək;
- müasir proqram (Norton Commander, Windows) və onların fayl genişlənmələrini
bilmək;
- ümumi təyinatlı əməliyyat vasitələrinin əsas funksiyalarını bilmək;
- ən azı bir mətn redaktorunda işlətməyi bacarmaq;
- proqramlaşdırma alqoritmi, dili və paketi barədə ilkin təsəvvürə malik olmaq;
- utilitar məqsədli tətbiqi proqramların ilkin istifadə təcrübəsini qazanmaq və s .
Dostları ilə paylaş: