Orijinal adı: «Education Glossary»



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə39/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   35   36   37   38   39   40   41   42   ...   92
KİTAB Təhsil lüğəti

Qiymət, bal (Score) - Tapşırığın yerinə yetirilməsinin müəyyən edilmiş şkala, yaxud təsnifat 
üzrə qiymətləndirilməsi.
Qiymət həddi (Grade Threshold) – İki nəticə arasında müqayisə yaradan qiymət həddi. 
Məsələn, əgər A qiymətinin həddi 81 faiz olarsa, bu zaman 80 faiz toplamış şagirdlər B, 81 faiz 
toplamış şagirdlər isə A qiyməti alacaqlar. (bax: Kritik Qiymət). 
Qiymətə nail olmaq üçün öyrətmə (Measurement-driven Instruction) - Nəticənin son dərəcə 
əhəmiyyətli olduğu situasiyalarda tədris təcrübəsinin xarakterini müəyyənləşdirmək üçün meyarlarla 
əlaqəli tədbirlərdən istifadə.


- 26 - 
 
Qiymətləndirmə (Evaluation) – Şagirdin (tələbənin) bilik, bacarıq və vərdişlərinin tədrisin 
məqsəd və vəzifələrinə uyğunluğunu, yaxud uyğunsuzluğunu təsdiq edən üsul və nəticə. 
Qiymətləndirmə yoxlamanı tamamlayan pillə olaraq tədrisdə əks əlaqəni təmin edir
müvəffəqiyyətsizliyin səbəblərinin müəyyən edilməsinə, tədris fəaliyyətinin təşkilinə imkan yaradır. 
Müəllim cavabda səhvlərin səbəblərini aşkara çıxarır, tələbəyə yeni dərsi öyrəndiyi zaman nəyə 
diqqət yetirəcəyinə yardım edir. Qiymətləndirmədə əsas tələblər - obyektivlik, qiymətin şüurluluğu, 
dərk olunması; əsas göstəricilər isə - biliyin tamlığı, dərk olunması, şüurluluğu, tətbiqi ifadə 
olunmasıdır.
 
Qiymətləndirmə (Assessment) – Fərdin davranışı yaxud xasiyyətinin təyin olunması üçün 
aparılmış uzunmüddətli müşahidə əsasında əldə edilən nəticə. Belə bir qiymətləndirmə öyrənmə, 
təsvir etmə, qeyd etmə (yazma), hesablama və s. ən müxtəlif qabiliyyətlər üzrə informasiyalara 
əsaslanır.
 
Qiymətləndirmə komponenti (Assessment component) – Kompleks qiymətləndirmənin tərkib 
hissələrindən biri. Qiymətləndirmə komponentləri fəndən asılı olaraq dəyişir. Məsələn, təbiət elmləri 
üzrə imtahanda qiymətləndirmə komponentləri nəzəri biliklərin və təcrübi bacarıqların, dilçilik elmi 
üzrə - nitq, dinləmə, oxu və yazı qabiliyyətinin üzə çıxarılmasından ibarət ola bilər.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin