Addım-addım (Step by Step - SBS) – Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən əsası
qoyulan və maliyyələşdirilən şəbəkə layihəsi.
“Addım-Addım” Proqramı uşaqlar üçün anadan olduqları gündən on yaşınacan nəzərdə tutulmuş
hərtərəfli təhsil islahatı proqramıdır. Uşaqyönümlü fərdiləşdirilmiş təlim metodologiyalarını nəzərdə
tutan bu proqram cəmiyyət
və ailənin məktəbəqədər tərbiyə müəssisələrinə və ibtidai məktəblərə cəlb
edilməsinə, ailənin təhsil prosesində fəal iştirakına, məktəb və valideynlərin alternativ proqramlar
arasından seçim edə bilmələrinə imkan yaradır.
“Addım-addım” layihəsi, əsasən, demokratiyaya keçid dövrünü yaşayan ölkələrdə reallaşdırılır və
bu məqsədlə müəllimlər, köməkçi müəllimlər, ailə əlaqələndiriciləri, metodistlər, psixoloqlar və
məktəb direktorları üçün təlim seminarları keçirilir.
Adi namizəd (Regular Candidate) - Əsasən, Asiya qitəsində silsilə imtahanlarda iştirak etmək
üçün qeydiyyatdan ilk dəfə keçən namizədlərə verilmiş ad. Fərdi namizədlər və təkrar imtahan verən
şəxslər isə “qeyri-formal” namizədlər hesab edilir.
Ağ sənəd/ (White paper) – Hər hansı məsələ üzrə rəsmi dövlət sənədi; adətən yeni qanunun
qəbulu ərəfəsində hökumət planlarının, siyasət strategiyasını açıqlandığı istiqamətləndirici xarakterli
sənəd. Adətən Yaşıl (Açıq) sənədin arxasınca gələn sənəddir. Yaşıl sənəd siyasi məsələləri əhatə
edir və məsləhət etmək məqsədi ilə dövlət tərəfindən ictimaiyyətin müzakirəsinə təqdim olunur.
Ailə savadlanması (Family literacy) –Şagirdlə birgə onun üzvü
olduğu ailənin də
savadlanmasına yönəlmiş proqram. Proqram ümumilikdə 3 komponentdən ibarətdir:
1) övladların (şagirdlərin) savadlanması; 2) valideynlərin savadlanması; 3) övladlarını savadlanmağa həvəsləndirmək üçün ailənin digər yaşlı üzvlərinin savadlandırılması. Akademik fənlər (Academic disciplines) – Təhsil müəssisəsindətədris edilən konkret fənn üzrə
təlim, təhsil və tədqiqatın cəmləndiyi istiqamət.