Qovluq (Portfolio) - Dərs ili ərzində şagirdin (tələbənin) fəaliyyətinə, tədrisdə qazandığı uğur,
yaxud uğursuzluqlara dair materialların müəllim və ya şagirdin özü tərəfindən toplandığı qovluq.
Qiymətləndirmə alternativ üsul kimi bu materiallar üzrə də aparıla bilər.
Qrup işi (Group work) – Müəllimin qrup halında yerinə yetirmək üçün şagirdlərə (tələbələrə)
verdiyi tapşırıq.
Qruplaşmış təhlil (Cluster analyses) - Mürəkkəb faktların strukturunu müəyyən etmək üçün
tətbiq edilən müxtəlif riyazi üsulların ümumi toplusu.
Qrup metodu (Group method) –Şagirdləri (tələbələri) öz ideyalarını başqaları ilə bölüşməyə
və müzakirə etməyə həvəsləndirmək üçün onların kiçik qruplarda müzakirələrə cəlb edilməsi
metodu. Bu interaktiv metod vasitəsilə başqalarının məlumatı necə qəbul etmələrini və
aydınlaşdırmalarını görmək olar. Qrup şəhadətnaməsi (Group Certificate) - Namizədlərdən bir neçə fənn üzrə müəyyən edilmiş
sayda imtahanların verilməsini tələb edən imtahan sistemi. Şəhadətnamənin verilməsi əvvəlcədən
müəyyən edilmiş meyarların namizəd tərəfindən yerinə yetirilməsindən asılıdır.
Qrup təlimi (Team teaching) - Eyni bir fənn və ya mövzunun iki və daha artıq müəllim
tərəfindən tədris edilməsi metodu. Müəllimlər tam qrupa təlim keçməyi növbələşdirə və ya qrupu
müəllimlər arasında növbə ilə bölmə və siniflərə ayıra bilərlər.
L Layihə formasında çalışma (yaxud Layihə işi) (Project work) - Spesifik bir mövzu üzrə
tapşırığın sona çatdırılmasına yönələn və yerinə yetirilməsi əsasən dərsdənkənar vaxtlarda nəzərdə
tutulan çalışma. Leksik yanaşma (Lexical Approach) - Qrammatik strukturlardan fərqli olaraq, dilin leksik
vahidlər əsasında analiz edilməsi. İngilis dilinin tədrisi üçün nəzərdə tutulan bir çox müasir dərslik və
tədris materialları məhz leksik yanaşma əsasında hazırlanır.