Orijinal adı: «Education Glossary»


Müəllim fəaliyyətinin yekun dəyərləndirməsi (Summative teacher evaluation) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə51/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   47   48   49   50   51   52   53   54   ...   92
KİTAB Təhsil lüğəti

 
Müəllim fəaliyyətinin yekun dəyərləndirməsi (Summative teacher evaluation) - Müəllimin 
fəaliyyəti haqqında qərar hazırlanması məqsədilə aparılan qiymətləndirmə. Bu qiymətləndirmə 
metodist, yaxud mentor tərəfindən deyil, müdiriyyət tərəfindən aparılır. 
 
Müəllim qiymətləndirilməsi (Teacher evaluation) – Müəllimin fəaliyyətinin məktəbin 
missiyası da nəzərə alınmaqla müəyyən edilmiş funksiya və vəzifələr üzrə qiymətləndirilməsi.
Müəllim sertifikatlaşması (Teacher certification) - Müəllimin təlim sənətinə yiyələnmiş 
olmasının dövlət tərəfindən təsdiqlənməsi prosesi.  
 
Müəllim-tələbə nisbəti (Teacher-student ratio) - Dərs ilində konkret təhsil səviyyəsi üzrə 
qeydə alınanların sayının, eyni dərs ilində müvafiq səviyyə üzrə tədris aparacaq müəllimlərin sayına 
nisbəti. 
 
Mühit uyğunlaşdırması (Environment accommodation) - Sinif otağındakı mühitin, parta və 
oturacaqların düzülüşünün və s. tədrisin məqsədinə uyğunlaşdırılması. 
Mühazirə (Lecture) – hər hansı bir tədris materialı, sual və elmi-siyasi mövzunun sistematik 
şifahi olaraq təqdimatı. 
 
Mühazirəçi/Lektor (Lecturer) - Ali təhsil müəssisələrində mühazirə deyən mütəxəssis müəllim.
Müxbir professor (dosent) (Associate professor) – Ali təhsil müəssisəsində təlim və tədqiqat 
işlərinə cavabdeh olan müəllim. 
Müxtəliflik (Diversity) – Təlim metodlarının müxtəlifliyi, eləcə də şagirdlər (tələbələr) 
arasındakı fərqlər. Bu fərqlər fiziki-psixi imkanlara, qavrama qabiliyyətinə və ən müxtəlif cəhətlərə 
aid ola bilir.
Münasiblik (Relevance) - Konkret test tapşırıqlarının analoji tapşırıqların yerinə yetirilməsi 
zamanı nə dərəcədə real ölçü meyarı ola bilməsi.
 
Münasibət (Attitude) – Bütün hadisələrin qarşılıqlı əlaqə anı. Münasibətlər mühüm və qeyri-
mühüm, zəruri və təsadüfi və s. ola bilər. Öyrənmə prosesinə təsir etdiyinə görə təhsildə münasibət 
vacib məsələlərdən hesab olunur. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin