Orijinal adı: «Education Glossary»


Öyrənmə çətinliyi (Learning difficulty) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə58/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   54   55   56   57   58   59   60   61   ...   92
KİTAB Təhsil lüğəti

Öyrənmə çətinliyi (Learning difficulty) - xüsusi təhsil ehtiyacları olan şagird qrupunun 
məktəbdə yeni bacarıqlar əldə etdiyi zaman qarşısına çıxan çoxcəhətli problemlər. 
Öyrənmə çətinliyi olan şagird
 
 (Student with learning disabilities) – Tədris prosesində 
öyrənmə çətinliyi olan şagirdlərdir. Bu şagirdlər tədris olunan fənlər, yaxud da yeni vərdiş və 
bacarıqları mənimsəməkdə çətinlik çəkirlər və xüsusi təhsil ehtiyacları olan şagirdlər qrupuna 
aiddirlər. 
 
Öyrənmə dəstəyi (Learning support) - Öyrənənlərə müxtəlif forma və vasitələrlə göstərilən 
əlavə köməyin təmin edilməsi.
 
Öyrənmə mərkəzi (Learning centre) - Sinif daxilində müəyyən məqsədlər üzrə təlim 
materiallarının yerləşdirildiyi yer. 
Öyrənənə istiqamətləndirilmiş yanaşma (Learner-centered approach) - Öyrətmə prosesinin 
fərd üzərində cəmləşməsi. Öyrənənlərin maraq, ehtiyac və imkanları əsasında qurulan təlim. 
 
Öyrənənin nəzarət etdiyi təlim (Learner-controlled training) - Öyrənənə, ona ən münasib 
olan metodlardan istifadə edərək öyrənmə proqramını öz sürətinə görə təyin etməyə imkan yaradan 
təlim. 
Öyrənmə mühiti (Learning environment) – Öyrənənin təlim prosesində əhatə olunduğu mühit.
Öyrənmə nəticələri (Learning outcomes) - Məktəb təcrübəsi nəticəsində öyrənənlərin əldə 
etdikləri bilik, bacarıq, fikir və dəyərlər.
Öyrənmə strategiyası (Study strategy) – Mövzusu yadda saxlama və xatırlama vərdişlərinin 
inkişafı üçün müəyyən edilmiş məqsəd və üsullar.
Öyrənmə tərzləri (Learning styles) Öyrənmənin əsas mərhələləri və növləri də daxil olmaqla 
öyrənmə prosesinin ən müxtəlif yollarını ifadə edən termin. 
Öyrətmək (Teach) - Bilik, bacarıq və vərdişlərin şagird və ya tələbəyə ötürülməsi.
Öyrətmə strategiyası (Teaching strategy) - Dərs prosesində müəllimin istifadə etdiyi yanaşma 
və ya üsul. Məsələn, sualın cavablandırılması üçün müəllimin şagirdə müəyyən vaxt verməsi 
öyrətmə strategiyasına nümunə sayıla bilər. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin