Amil (Factor) – Bir prosesin, hadisənin hərəkətverici qüvvəsi, səbəbi. Məsələn, fərziyyə bacarığı
test tapşırıqlarının yerinə yetirilməsinə maraq oyadan amil kimi qiymətləndirilə bilər. Analitik qiymətləndirmə (Analytic scoring) – Şagird (tələbə) fəaliyyətinin bir-birindən asılı
olmayan müxtəlif göstəricilər üzrə qiymətləndirilməsi.
Ümumi təəssürata əsaslanan qiymətləndirmədən fərqli olaraq, analitik qiymətləndirmə üsulunda
ballar hər bir göstərici üzrə ayrıca hesablanır. Məsələn, ədəbiyyat dərsində yazılan inşanın balları
aşağıdakı göstəricilərə əsasən hesablana bilər: əvvəllər qazanılmış biliklərdən istifadə səviyyəsi, inşa
yazısının ümumi prinsipinə riayət edilməsi, öz fikrini əsaslandırmaq məqsədilə ilkin mənbələrdən
olan materiallardan istifadə və struktur-tərtibat / kompozisiya.
Anlamanı yoxlayan suallar (Concept–check questions) - Şagirdin (tələbənin) yeni dərsi, yaxud
tapşırığın şərtini anlayıb-anlamadığını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən yoxlayıcı
sualların verilməsi. Xarici dilin tədrisində mətnin mənasını, əsas ideyanın öyrənənlər tərəfindən
dərkini müəyyənləşdirən suallar.Məs., “Kim...? Nə vaxt baş verib...? Harada olub...? Niyə...?
Necə...?”. Apelyasiya (Appeal) – İmtahan edilən tərəfin öz bilik və bacarıq səviyyəsi ilə bağlı imtahan
keçirən orqanın qərarına qarşı gələn hüquqi etiraz.
Apelyasiya prosedurları nəticənin obyektivliyini müəyyənləşdirmək məqsədilə inzibati
yoxlamanın aparılmasından, təkrar imtahanın keçirilməsindən, nəhayət, imtahan keçirən orqanın
qərarına qarşı məhkəmə qaydasında iddia qaldırılmasından ibarət ola bilər.
Aprobasiya sınağı (Field Test) –Qiymətləndirmə tapşırıqlarının səmərəliliyini öyrənmək
məqsədilə onların pilot qrupda həmin tapşırıq müəllifləri tərəfindən sınaqdan keçirilməsi. Attestat (School Leaving Certificate) – təhsil müəssisəsini bitirən tələbənin (şagirdin) müəyyən
təhsil pilləsini bitirməklə qazandığı rütbəni təsdiq edən rəsmi sənəd.