Orijinal adı: «Education Glossary»


Sinif ekvivalenti (Grade Equivalent) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə66/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   62   63   64   65   66   67   68   69   ...   92
KİTAB Təhsil lüğəti

Sinif ekvivalenti (Grade Equivalent) - Şagirdin nəticələrini verilmiş sinif səviyyəsində orta 
şagird nəticələri baxımından xarakterizə edən qiymət. Məsələn, ABŞ-da 5.5. ekvivalent sinif qiyməti 
o deməkdir ki, şagirdin qiyməti V sinifdə beş ay ərzində təhsil alan və orta səviyyəli tapşırığı yerinə 
yetirən orta şagird qiyməti ilə eynidir. Bu qiymət siniflər arasında nəzəri və ya təqribi müqayisə 
aparmaq imkanı yaradır. Qiymətləndirmə uşaq bağçasında birinci ilin sentyabr ayından orta məktəbin 
son ilinin iyun ayına qədər olan bütün tədris müddətini əhatə edir. Dərəcələmə prosesində 
qiymətləndirmə üçün konkret faydası olan sinif ekvivalentləri ancaq siniflərin təqribi müqayisə 
vasitəsi kimi istifadə oluna bilər. Bu halda belə bir ekvivalent şagirdin dərs ilinin ortasında V sinfə 
veriləcək testdə məhz hansı qiyməti alacağını göstərməyə bilər.
Sinif menecerliyi (Classroom management) – Sinfin təşkili və idarə olunması. Səmərəli və 
təsirli təlimatlara, şagirdlərin müsbət davranışlarını təmin etməyə kömək edən təşkilatçılıq, nizam-
intizam fəaliyyəti metodları. 
Sinfin şəraiti (Classroom climate) – Şagirdlərin (tələbələrin), müəllimlərin və sinfin maddi-
texniki atributlarının, sanitar-ekoloji vəziyyətinin qarşılıqlı əlaqəsi. 
Sinif kitabxanası (Classroom library) Sinif auditoriyasının istifadəsi üçün xüsusi seçilmiş və 
vaxtaşırı dəyişdirilən kitablar toplusu. 


- 41 - 
Sinif qiymətləndirilməsi (Classroom assessment) - Xüsusi ərazidə fərdi, yaxud qrup şəklində 
şagirdlərin əldə etdikləri bilik, bacarıq və vərdişləri xal verməklə qiymətləndirmək məqsədilə 
müəllimlər tərəfindən tətbiq olunan, vaxtaşırı inkişaf etdirilən, qiymətləndirmə. 
 
Sinif müəllimi (Classroom teacher) - Körpələr evi, ibtidai və ya orta məktəb müəllimi. 
Sinif rəhbəri (Mainstream class teacher) - Hər bir şagirdin cəmiyyət üçün yararlı şəxsiyyət 
kimi yetişdirilməsində, onun fərdi keyfiyyət və tərbiyəsinin formalaşdırılmasında məktəbə yardım 
edən mütəxəssis-müəllim və şagirdlərlə cəmiyyət arasında mədəniyyət mübadiləsini həyata keçirən 
vasitəçidir. 
Təlim-tədris prosesində həlledici rol oynayan sinif rəhbəri müəllimlərin birgə səyi ilə bütün sinfə 
müxtəlif tərdris üsulları ilə elmi biliklərin aşılanması üçün çalışır, şagirdin fərdi inkişafına bilavasitə 
nəzarət edir, sinfin ümumi səviyyəsini nəzərə alaraq əlverişli psixoloji şərait yaradır. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin