Orijinal adı: «Education Glossary»


Struktur yanaşma (Structural Approach) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə70/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   66   67   68   69   70   71   72   73   ...   92
KİTAB Təhsil lüğəti

Struktur yanaşma (Structural Approach) - Tədris proqramının qrammatik strukturlar əsasında 
tədrisi.  
Strukturlaşdırılmış sual (Structured Question) - Ümumi məzmun, yaxud stimulyasiyaedici 
materialın bir hissəsi ilə əlaqəli bir neçə alt sualdan (element) ibarət olub verilmiş variantlardan 
seçim etməyi tələb edən tapşırıq. Alt suallar bir-birindən asılı olmaya bilər, yaxud namizədlərə daha 
mürəkkəb tapşırıq vermək üçün müəyyən sıra üzrə düzülə bilər. 
Suala hərtərəfli yanaşma (Lateral thinking) - Ənənəvi üsullardan fərqli olaraq, qeyri-ardıcıl və 
qeyri-məntiqi vasitələrlə müxtəlif problemlərin dörd tənqidi faktor əsasında həll edilməsi üzərində 
cəmlənən yanaşma. Bu faktorlar aşağıdakılardır: 1. Problemin dərk edilməsinə, başa düşülməsinə əks 
olan dominant ideyaları tanımaq; 2. Nəticələr üçün müxtəlif yanaşmalar axtarmaq; 3. Düşünmənin 
möhkəm olmayan nəzarəti; 4. Alternativ ideyaların istifadəsi. Bu yanaşma yaradıcılıq anlayışı ilə 
əlaqəlidir.
 


- 43 - 
Subyektiv rəy (Subjective) - Konkret bir insana xas olan fərdi, şəxsi, bəzən qeyri-obyektiv fikir 
və düşüncələrin ifadəsi. 
Məsələn, sinifdə qiymətlərin verilməsi, adətən, müəllimin subyektiv mövqeyindən asılı olur.
Subyektiv tapşırıq (Subjective item) - Qiymət verəndən cavabın keyfiyyətinə (məsələn, şəxsin 
ədəbi və ya rəsmin bədii xüsusiyyətləri) dair şəxsi fikrin yürüdülməsini tələb edən tapşırıq. Subyektiv 
rəy və reallıq arasındakı fərqləri azaltmaq üçün qiymət verənin mühakiməsi qiymətləndirmə sxemləri 
və təsviredici icra elementləri ilə məhdudlaşdırıla bilər.
Summativ qiymətləndirmə (Summative assessment) - Tədris prosesinin müəyyən 
mərhələlərində (məs., tədris vahidinin, yarım ilin və ilin sonunda) şagirdlərin əldə etdikləri 
nəticələrinin yoxlanılması məqsədilə keçirilən qiymətləndirmə növüdür. Summativ qiymətləndirmə 
şagirdlər tərəfindən məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Şagirdin 
təlim nailiyyətlərinin konkret standart və ya standart qrupunda nəzərdə tutulan məqsədlərə nail olma 
dərəcəsini müəyyənləşdirib rəqəmli qiymət qoymaq imkanını verir. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin