Sürət testi (Speed Test) – Qiymətləndirməninmüəyyən vaxt müddətində düzgün yerinə yetirilən
tapşırıqların sayına əsasən aparıldığı test. (bax: Bacarıq Testi).
Ş Şagirdlərin (Tələbələrin) Beynəlxalq Qiymətləndirilməsi üzrə Proqram (PİSA-Programme for International Students Assessment) - İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının əsasən Cənub
Qərbi Avropa ölkələrində tətbiq etdiyi könüllü beynəlxalq proqram. PİSA proqramı bu ölkələrə yeni
əsrdə şagirdlərin (tələbələrin) bacarıq və biliklərinə nəzarət etmək, təhsil sistemlərində aparılan
islahatlar haqqında müqayisəli şəkildə məlumat toplamaq imkanı yaratmaqla bərabər məktəblərin
şagirdlərin gələcəkdə qarşılaşa biləcəyi çətinliklərə onları necə hazırlaşdırdığını araşdırmağa cəhd
göstərir. PİSA - 3 sahəni əhatə edir: 1) oxuma savadı (2002); 2) riyazi savad (2003); 3) elmi savad
(2006).
Şagirdlərin son sinfə çatma nisbəti (Cohort survival rates) – Təlim prosesinin ilk mərhələsinə
qoşulan şagirdlərin ümumi sayının, təlim prosesinin son mərhələsinədək təhsilini davam edən
şagirdlərin ümumi sayına olan nisbəti. Şagirdyönümlü məktəb (Child-centered school) – Təlimin şagirdlərin fərdi maraq, ehtiyac və
imkanları üzərində qurulduğu, öyrənmə prosesində əsasən təcrübəyə üstünlük verilən məktəb. Şagird-dərslik nisbəti (Student-textbook ratio) – Müvafiq dərs ilində tələbələrin ümumi
sayının fənlər üzrə kitabların ümumi sayına olan nisbəti.
Şagirdlik\istehsalat şəraitində təhsil (Apprenticeship) - Öyrənən subyektin peşəkar inkişafı
üçün cavabdehliyi öz üzərinə götürmüş usta, sənətkar, yaxud mütəxəssis-müəllimlərin rəhbərliyi
altında həyata keçirilən və xüsusilə də konkret bir sahədə təcrübi bacarıqların mənimsənilməsinə
yönələn təlim prosesi.