- 44 -
T
T-qiymət (T-score) - Orta göstəricisi 50, standart kənarlaşması 10 olan standart qiymət. Yəni, T-
qiyməti 50 olan şəxsin nəticəsi orta qiymət səviyyəsində, T-qiyməti 60 olan şəxsin nəticəsi isə, orta
qiymətdən bir standart kənarlaşma pilləsi qədər yuxarı hesab edilir.
T-qiyməti standartlaşdırılmış test normalarını müəyyən etmək üçün istifadə edilir, normal-
laşdırılmış standart qiyməti müvafiq qiymətlərə dəyişməklə alınır.
Tam Hərəki Cavab (Total Physical Response - TPR) - Yeni lüğətin müəllimlər tərəfindən
göstərişlər/əmrlər vasitəsi ilə təqdim olunması üsulu. Tələbələr müəllimin göstəriş və əmrlərini
olduğu kimi yerinə yetirirlər. Məs: Kitablarınızı açın/örtün və s. Bu metoddan daha çox dilin
öyrədilməsinin başlanğıc mərhələsində istifadə edilir.
Tam kurikulum (Whole curriculum) - Məktəbin tam tədris planı və bütün digər tədris planı
materiallarının cəmi.
Dostları ilə paylaş: