Orijinal adı: «Education Glossary»


Tanıma tapşırığı (Recognition Item) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə73/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   69   70   71   72   73   74   75   76   ...   92
KİTAB Təhsil lüğəti

Tanıma tapşırığı (Recognition Item) - Test edilən şəxsdən iki və ya daha artıq cavab 
variantlarından düzgün olan cavabı seçməsini tələb edən tapşırıq (bax: Yada salma tələb edən 
tapşırıq). 
 
Tapşırıq (Item) - Təhlil və ya qiymətləndirmə vasitəsi olan ayrıca sual və ya çalışma. 
Tapşırıq bankı (Item bank) – Konkret göstəricilər (tapşırığın növü, mövzusu, həmin tapşırıqla 
qiymətləndirilən bacarıq, çətinlik dərəcəsi və s.) üzrə kateqoriyalara ayrılmış tapşırıqlar toplusu. 
Bankdan götürülən tapşırıqlar əvvəlcədən müəyyən edilmiş xüsusiyyətlərə uyğun olaraq testin işlənib 
hazırlanmasında istifadə edilir. 
 
Tapşırığa cavab nəzəriyyəsi (və ya gizli xüsusiyyətlər nəzəriyyəsi, TCN (Item Response 
Theory, IRT) – Şagirdin tapşırığa düzgün cavab vermə ehtimalını onun bacarıqları və tapşırığın 
çətinliyi ilə əlaqələndirmək üçün ən sadə formada riyazi modeldən istifadə edən psixometrik vasitə.
Bu nəzəriyyə, tapşırıqların mütləq ölçmə şkalasında standartlaşdırılmasına imkan verir. 
 
Tapşırığa əsaslanan öyrətmə (Task-based Learning, TBL) - Müəllimin şagirdlərə daha çox 
məna kəsb edən tapşırıqları həll etdirməklə öyrətmə üsulu. Müəllim şagirdlərə verilmiş tapşırıqları 
yerinə yetirərkən istifadə etdikləri sözlər, ifadələr və s. haqqında rəy söyləməyi tapşıra bilər, amma 
onların əsas fikri tapşırıq üzərində cəmlənməlidir. Sərbəst işlər tapşırıq əsaslı öyrətməyə nümunə 
hesab edilə bilər. 
Tapşırıq təhlili (Task analysis) - Qavrama bacarıqlarının yüksək qaydalarından imtina etməklə 
mürəkkəb bacarıqların daha sadə, kiçik, növbəti yarım bacarıqlara keçirilməsi. 
TEMPUS (TEMPUS) - Əsası 1990-cı ildə qoyulmuş Ali Təhsildə Əməkdaşlığın trans-Avropa 
proqramı.
Mərkəzi və Şərqi Avropa ölkələrində (PHARE) və keçmiş Sovetlər Birliyi respublikalarında və 
Monqolustanda (TACİS) iqtisadi və sosial islahatlara köməyi təmin edən proqramların bir hissəsi. 
TEMPUS bu ölkələrdə ali təhsil sistemini yenidən qurmaq üçün onları bazar iqtisadiyyatının 
tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyan Avropa Birliyinin kömək sxemidir. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin