Orijinal adı: «Education Glossary»


Avropa Ali Təhsil Mühiti (European Higher Education Area) -



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   4   5   6   7   8   9   10   11   ...   92
KİTAB Təhsil lüğəti

Avropa Ali Təhsil Mühiti (European Higher Education Area) - 2010-cu ilədək Avropa 
daxilində ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə irəli sürülmüş 
proqram.
Avropa Ali Təhsil Məkanının qurulmasına dair sənədə imza atan 47 ölkədə hazırda ali təhsil 
sistemi üzrə strukturların uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir və “Boloniya 
prosesi” çərçivəsində nəzərdə tutulan məqsədlər silsiləsi bu ölkələr tərəfindən dəstəklənir.
Avropa Kredit Transferi Sistemi (European Credit Transfer System) – Tələbə mobilliyini 
asanlaşdırmaq, tələbələrin xaricdə aldıqları ali təhsil haqqında diplomun həm öz ölkələrində, həm də 
bütün Avropa məkanında tanınmasına nail olmaq üçün Avropa Birliyi tərəfindən yaradılmış sistem. 
Bu sistemin əsas məramı kredit və qiymətləndirmə məsələlərində Avropa ölkələri miqyasında vahid 
standartlar müəyyənləşdirmək, şəffaflığa nail olmaq, beləliklə, Avropa təhsil məkanında 
inteqrasıyanı gücləndirməkdən ibarətdir. Bu baxımdan, Avropa Kredit Transferi Sistemi ali təhsil 
sahəsində Avropa səviyyəsində “ortaq dil” kimi qiymətləndirilir. 
Sokrat/Erasmus proqramı (1989-1996) çərçivəsində yaradılmış bu sistem, Avropa Birliyinə və 
Avropa İqtisadi Məkanına daxil olan ölkələr üzrə 145 ali təhsil müəssisəsinin cəlb olunduğu pilot 
layihədə 6 il müddətində sınaqdan keçirilmiş, 1997/98-ci illərdə Müəssisə Müqaviləsinin təqdimatı 
ilə bütün Avropa universitetlərinə Avropa Kredit Transferi Sistemində iştirak etmək imkanı 
vermişdir. 
Avropass (Europass) – 2004-cü il 15 dekabr tarixində Avropa Şurası və Milli Europass 
Mərkəzləri şəbəkəsi tərəfindən qəbul edilmiş ikidilli sənəd forması. 
Şəxslərin bilik, bacarıq, ixtisas və təcrübələrinə dair məlumatların bütün Avropa ölkələrində 
asanlıqla, aydın başa düşülməsini təmin etmək məqsədilə tərtib edilmiş Europass beş sənədi özündə 
birləşdirir: Tərcümeyi-hal, Dil Pasportu, Mobillik, Attestata 
Əlavə, Diploma Əlavə. 
Birinci iki sənəd şəxsin özü, digər üç sənəd isə müvafiq səlahiyyətli təşkilatlar tərəfindən 
doldurulur. Europass sənədlərində qazanılmış ixtisasların məzmunu, keyfiyyəti, əldə edilmiş 
beynəlxalq təcrübə və s. haqqında məlumat verilir. Bu sənədlərin verilməsinə nəzarətin təmin 
olunması və tanıdılması, ayrı-ayrı ölkələrdə müvafiq dövlət və özəl qurumların ətraflı 
məlumatlandırılması, verilən bütün sənədlərin surətinin arxivləşdirilməsi, Avropa Milli Europass 
Mərkəzləri ilə əlaqəli fəaliyyət göstərilməsi Milli Europass Mərkəzlərinin vəzifələrinə daxildir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin