Təhsilin məqsəd və vəzifələri (Educational objectives) – Təhsilin məqsəd və vəzifələri təhsil
alanda elm, bilik və bacarıqların yaradılması, insanda mədəniyyətin formalaşdırılması, onun əməyə
hazırlanması ilə müəyyən olunur. Təhsilin məqsəd və vəzifələrində başlıca yeri şəxsiyyətin fərdi
yaradıcı potensialının aşkar edilməsi tutur. Məktəbdə son zamanlar üstün mövqe əsasən təlim və
tədrisdən daha çox şəxsiyyəti formalaşdıra bilən tərbiyəyə, yeni dövrün tələblərinə cavab verən
ekzistensional dəyərlərə keçmişdir. Lakin, burada tərbiyə anlayışı altında elə şərtlərin yaranması
nəzərdə tutulur ki, onlar təhsil alanın şəxsiyyətinin üstünlük və bacarıqlarını üzə çıxarmağa yardım
etsin. Beləliklə, təhsilin məqsəd və vəzifələri fərdi üstünlük və bacarıqların formalaşması və ya
təkmilləşdirilməsi prosesi kimi çox mürəkkəb və çoxşaxəlidir. Təhsilin məqsəd və vəzifələrini iki
cəhətdən, yəni təhsil alana və təhsil müəssisəsinə, təhsil sisteminə münasibət cəhətlərindən
öyrənəmək lazımdır. Təhsil sistemlərinin fəaliyyətinin ən mühüm məqsədi müasir istehsalatda
xidmət edə biləcək sosial öhdəlik daşıyan işçilərin hazırlanmasıdır. Təhsil alanın şəxsiyyətinə
nəzərən təhsilin aşağıdakı məqsəd və vəzifələrini qeyd etmək lazımdır: şəxsiyyətin individual
keyfiyyətlərinin aşkar edilməsi, elm və mədəniyyətin əsası barədə sistemləşmiş biliklər əldə etdikdən
sonra təhsil alanın dünyəvi və milli mədəniyyətə uyğunlaşması; maddi tərbiyə və dünyaya maddi
baxış sistemi, insanın dünyadakı yeri barədə tərbiyə; fiziki və mənəvi tərbiyə; əmək hazırlığına
ümumi və peşəkar hazırlıq; şəxsiyyətin özünütərbiyə və özünüinkişaf səviyyəsinə çatması, tədris və
peşəkar fəaliyyətin yaradıcı və əxlaqi azadlığın əsası kimi qəbul edilməsi.
Təhsil keyfiyyəti (Educational quality) – Təhsil prosesi və onun nəticələrinin uyğunluğunu,
prosesin necə adlandırılmalı və hansı məqsədlərə xidmət etməli olduğu anlayışlarının cəmiyyətdə
yayılmasının hüdudunu göstərən inteqral xarakteristikadır. Bu sahədə fikirlər nəzərə çarpacaq
dərəcədə ayrıldığına görə bu terminin izahları da üst-üstə düşmür. Bütövlükdə müasir təhsilin
keyfiyyəti onun sosial effektivliyinə xidmət edən bir sıra faktorlarla müəyyən olunur. Bu faktorlar
aşağıdakılardır: а) fəaliyyətin bu və ya digər sahəsində təcrübə və mənəvi mədəniyyətin ən yüksək
nailiyyətlərinə imkan verən məzmun; b) pedaqoji heyətin və digər maarifçilərin yüksək səriştəliliyi;
- 49 -
c) yeni təhsil texnologiyaları və onlara müvafiq olan maddi-texniki təchizat; d) humanist istiqamət; e)
əhalinin bilik, anlayış və bacarıq ehtiyaclarının tam ödənilməsi.