Orijinal adı: «Education Glossary»


Təhsilin standartları (Educational standards)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə82/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   78   79   80   81   82   83   84   85   ...   92
KİTAB Təhsil lüğəti

 
Təhsilin standartları (Educational standards) - 1) tədris fənni üzrə son nəticələrin göstərildiyi 
hər bir təhsil pilləsi üzrə tərtib edilən əsas sənəd. Standartın strukturuna təhsilin məqsəd və vəzifələri, 
termin və qanunauyğunluqları, bilik və düşüncələri, bilik və bacarıqları, təhsilin nəticələrinin 
yoxlanması texnologiyası daxildir. 2) orta məktəb təhsilində nəticə əldə etmək üçün tədrisin nüvəsi 
onun tərkibinə daxil olur və təhsilin məzmununun optimal minimumunu göstərir.
 
Təhsil sistemi (Educational system)- Müxtəlif istiqamətli təhsil proqramlarının və dövlət 
standartlarının qarşılıqlı əlaqəsinin cəmi; onları həyata keçirən müxtəlif hüquqi bazaya, növə, tipə 
malik olan təhsil müəssisələrinin şəbəkəsi; təhsil idarəetmə orqanları sistemi. Təhsil sisteminin növü 
ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, onun siyasi rejimi, mədəni-tarixi və milli xüsusiyyətləri ilə 
müəyyən olunur. 
 
Təkdərəcəli sinif (Monograde class) - Yalnız bir pilləli tədris planı/kurikulumu olan, bir və ya 
bir neçə müəllim tərəfindən idarə olunan sinfə aid edilir. 
Təkmilləşdirmə (Re-training) – Məqsədi dəyişməkdə olan cəmiyyətdə şəxsiyyətlərarası və 
professional hazırlığı inkişaf etdirməkdən ibarət interaktiv təlim növü. Kadrların peşəkarlıq 
səviyyəsinin artırılmasında, o cümlədən müəllimin professional hazırlığında ən mühüm metodlardan 
biri hesab edilir.
Təkrar sinifdə qalan tələbə (Repeater) - Eyni sinifdə ikinci il qalan tələbə. UNESCO -nun 
Təhsil Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun şərhinə görə “sinifdə qalan tələbə” dərs ilinin 
əvvəlində eyni standartlarla siyahıya alınan və əvvəlki tədris ilində keçilənləri növbəti dərs ilində 
yenidən keçən tələbədir.
 
Təkrar sinifdə qalma dərəcəsi (Repetition rate) - Eyni tədris ili və eyni sinifdə bir dəfədən 
artıq qeydiyyata alınan tələbələrin sayının keçən il ərzində həmin sinifdə olan və siyahıya alınan 
tələbələrin ümumi sayına olan nisbəti. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin