Tələbə / şagird yoldaşı (Student-cohort) - Şagird nailiyyətlərinə yardım edən bir qrupda təhsil
alan tələbə/şagirdlər; (dərs ili ərzində tələbə öz arzusu ilə qrupa daxil ola və ya onu tərk edə bilər).
Təlimat (Instruction) – Təhsil alanın yerinə yetirməli olduğu göstərişlər toplusu; hər hansı bir
elm sahəsində bilik, bacarıq, məlumat və göstərişlərin ardıcıl surətdə ötürülməsi prosesi.
Təlim (Training) – Müəllim və ya hər hansı bir şəxsin (tərbiyəçi, valideyn, təşkilatçı və s.)
rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü təhsilvermə
və tərbiyəetmə prosesi. Bu proses öyrədən və
öyrənənin qarşılıqılı
fəaliyyətinin vəhdətinə əsaslanır.
Təlimat məqsədləri (Instructional goals) –Konkret fənn, kurs, proqram və ya dərsin təhsil
alanlara verəcəyi yeni bilik, bacarıq, vərdişlərlə bağlı plan.
Təlimat strategiyası (Instructional strategy) – Maksimum dərəcədə təlim məqsədlərinə
çatmaqdan ötrü qarşıya qoyulmuş zəruri uzunmüddətli hərəkətlərin ümumiləşdirici modelləri.
Təlimatın vəzifələri (Instructional objectives) -Müəllimin tələbə qarşısında qoyduğu
qısamüddətli məqsəd və ya təlimat nəticəsində onun davranışında əmələ gələn dəyişiklikləri
müşahidə etmək arzusunun aydın və dürüst təsviri.
Təlimatlandırma modeli (Coaching model) – Təlimatçı müəllimin rəhbərliyi və nəzarəti altında
fərdi yaxud qrup məşğələlər şəklində keçirilən təlim modeli. Təlim təcrübəsi (Teaching practice) - Təhsil müəssisəsində müvafiq vaxt müddətində
təcrübəçi-müəllimlərin təlim bacarıqlarının təcrübədən keçirilməsi; bəzən məktəb təcrübəsi də
adlandırılır.
Tənqidi dinləmə (Critical listening) - Danışanın şifahi nitqinə diqqəti artırmaq və dəqiq anlama
vərdişini formalaşdırmaq məqsədilə eşitməyə nəzarətin təmin edilməsi; şagird (tələbə) eşitdiklərini
dərk edir, öz tənqidi münasibətini bildirməklə onları dəyərləndirir.